Əsas Səhifə > Güney Press / Manşet > İCRA HAKİMİYYƏTİ BİNASI ZƏBT OLUNMUŞ TORPAQDA

İCRA HAKİMİYYƏTİ BİNASI ZƏBT OLUNMUŞ TORPAQDA


7-12-2013, 10:53
İCRA HAKİMİYYƏTİ BİNASI ZƏBT OLUNMUŞ TORPAQDA
DİA.AZ: - Redaksiyamıza Abşeron rayonundan ilginc məlumat daxil olub. DİA.AZ bildirir ki, bu barədə "qafqaznyus" portalı xəbər yayıb. Yayılan məlumatda bildirilir ki, Xırdalanda yeni inşa olunan rayon icra hakimiyyətinin binasının arxasında Talıbov Abdulqasım adlı vətandaşın 8 sot torpaq sahəsi var.

Məlumata görə, 8 sot torpağının 1 sotunu icra başçısı Zakir Fərəcov yeni inşa olunan icra hakimiyyətinin həyət sahəsinə qatıb. Və zəbt olunan torpaq sahəsinin əvəzində vətəndaşa heç bir kompensasiya verilməyib. Həm də Z.Fərəcov Qasım adlı şəxsə imkan vermir ki, qalan 7 sot torpağını kiməsə satsın.

Z. Fərəcov Qasıma bildirib ki, 7 sot torpağı da özü ondan alaraq yeni inşa olunan icra hakimiyyətinin binasının arxasında park salacaq. Qeyd edək ki, Abşeron rayonundan Zakir Fərəcovun ünvanına bu cür məlumat birinci dəfə deyil ki, səslənir.

İCRA HAKİMİYYƏTİ BİNASI ZƏBT OLUNMUŞ TORPAQDA
İCRA HAKİMİYYƏTİ BİNASI ZƏBT OLUNMUŞ TORPAQDA

Geri qayıt