Əsas Səhifə > Güney Press / Manşet > В«QARABAĞI AZƏRBAYCANA NEÇƏYƏ SATAQ?В»

В«QARABAĞI AZƏRBAYCANA NEÇƏYƏ SATAQ?В»


7-12-2013, 10:25
В«QARABAĞI AZƏRBAYCANA NEÇƏYƏ SATAQ?В»
Artıq rəsmi İrəvan işğalın uzun müddətə davam edə bilməyəcəyini dərk edir

DİA.AZ: - Dünən Ukraynanın gömrük ittifaqına qoşulacağı ilə bağlı verdiyimiz proqnozlar artıq özünü doğrultmuş kimidir. Bu barədə xarici mətbuatda yazılan informasiyalar da kifayət qədər əsas yaradır. Xəbərlərdən aydın olur ki, hələ də daxildə gərgin günlərini aşayan Ukraynanın hökuməti Avropa-Rusiya dilemmasında öz seçimini edib.

Bildirilir ki, Ukrayna Gömrük İttifaqına qoşulma qərarını verib. u barədə məlumatı “The Economist”də yer alıb. Məlumata görə, rəsmi Kiyev Moskvanın sərfəli təkliflərindən imtina edə bilmir.

Məlumatın müəllifi Edvard Lukas öz Twitter səhifəsində yazıb ki, Gömrük İttifaqına daxil olmaq üçün Kiyevə 15 milyard dollar təklif olunur. Eyni zamanda qazın qiymətinin də aşağı salınması gözlənilir. Başqa bir məlumata görə, Yanukoviç dekabrın 6-da Putinlə Soçidə görüşüb. Görüş 6 saat davam edib.

DİA.AZ bildirir ki, əslində bu,əvvəlindən də gözlənilən idi. Çünki Rusiya Ukaynanı Avropaya güzəşt edəcək deyildi. Nəinki Ukayna hətta Azərbaycan belə Rusiyanın maraqları fonunda vacib bir ünvan olduğundan Kreml Azərbaycan uğrunda ciddi mübarizə aparacaq. Bunun da ilkin işartıları görünür. Bu barədə də xəbər yaymışdıq.

Kremlə Bakı arasında aparılan danışıqların yekunu olaraq ruslar Azərbaycanın Qarabağdakı maraqlarının qarantı kimi çıxış etməlidirlər. Yəni işğal olunmuş torpaqlarımızın qarşılığında Azərbaycan Avrasiya Birliyinə doğru irəliləyəcək.

Hər halda, milli dövlətçilik maraqlarımız baxımından bu, Azərbaycan üçün daha sərfəlisidir. Çünki mahiyyətcə həm Avropa Birliyi və həm də Avrasiya Birliyi Azərbaycan üçün eyni anlamı kəsb edir. Hər iki ittifaqda Azərbaycan öz dövlət maraqlarından pay verməli idi. Amma indi elə bir situasiya yetişib ki, Azərbaycan hansısa ittifaqa qazanaraq daxil olma fürsəti əldə edib. Və bu gün Azərbaycanın daha çox xristiançılıq maraqlarına söykənən Avropa ilə bazarlıq etməsindənsə, heç bir dini ideoloji maraqları güdməyən Rusiya ilə anlaşması daha uduşlu şərtdir.

DİA.AZ-a bu barədə danışan hökumət içindəki mənbə bildirir ki, rəsmi İrəvanın bu müstəvidəki gedişləri də diqqətlə izlənilməlidir: В«Ermənilər iki rayonu müharibəsiz verməyəcəklərində israrlıdırlar. Və bunu belə əsaslandırırlar ki, əks halda, Ermənistanın daxilində vəziyyət qarışa bilər. Amma Azərbaycan da müharibə başlayarsa, o zaman bütün Qarabağın dərhal azadlığı şərtini qoyur. Yəni rəsmi Bakı bəyan edib ki, hərbi əməliyyatlara start verilirsə, o zaman bu əməliyyatlar Xankəndində Azərbaycan bayrağı dalğalana qədər davam edəcək. Odur ki, bu istiqamətdə danışıqlar davam edirВ».

Mənbəmiz bu arada maraqlı bir açıqlamada da bulundu: В«İstənilən halda Qarabağ uzun müddətə işğal altında qalmayacaq. Bunu artıq ermənilər də dərk etməyə başlayıblar. Ona görə də hətta bu gün Ermənistanda В«Qarabağı Azərbaycana neçəyə sata bilərikВ» ideyası da aktuallaşıb, bu marağın tərəfdarları çoxalmaqdadırВ».

Geri qayıt