Əsas Səhifə > Gündəm, Manşet > ƏBÜLFƏS QARAYEV ÜÇÜN "KORRUPSİYA TƏLƏSİ" HAZIRDIR
ƏBÜLFƏS QARAYEV ÜÇÜN "KORRUPSİYA TƏLƏSİ" HAZIRDIR6-12-2013, 11:32 |
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRİ HANSI OLİQARX-NAZİRİN HƏDƏFİNDƏDİR? DİA.AZ: - «Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev də nazir vəzifəsinə müəyyən şərtlərlə təsdiqlənən fiqurlardandır». Bu barədə DİA.AZ-a danışan hökumət içindəki bilgili qaynaq iddia edir ki, 22 oktyabr tarixində NK-nın heyətinin təsdiqlənməsi heç də hansısa nazirdə arxayınçılıq yaratmamalıdır. Xatırladaq ki, NK-nın heyətində sonradan da dəyişiklik ola biləcəyi haqda DİA.AZ olaraq hələ xeyli əvvəldən məluamat vermişdik. İndi isə redaksiyamızın əldə etdiyi son informasiyalardan aydın olur ki, mövqeləri kifayət qədər oynaq olan mədəniyət və turizm naziri Əbülfəs Qarayev də şərtli qaydada nazir postuna təsdiqlənib. Mənbənin söylədikləri: «Əslində heç bir hakimiyyətiçi qruplaşmada iştirak etməyən Əbülfəs Qarayevin hakim komanda üçün nə qədər sədaqətli bir fiqur olduğunu təxmin etmək o qədər də çətin deyil. Amma hər kəsin yanlışları var. Və bu gün Əbülfəs Qarayevin hansısa iqtidardaxili qruplaşmada təmsil olunmaması onun çəkişmələrdən kənarda qalması ilə nəticələnmir». Mənbə iddia edir ki, bu günlərdə Əbülfəs Qarayev iqtidarın nüfuzlu simalarından biri ilə münaqişəli duruma düşüb: «Əslində məsələ çox kiçik olsa da, sonradan böyüyüb. Belə ki, nüuzlu məmurlardan birinə aid otel Azərbaycan dövlətinin rəsmi qonaqları üçün nəzərdə tutulan otel standartları siyahısına daxil edilmədiyindən, mübahisə yaranıb. Əslində nazir burada haqsız olmayıb. Amma vəziyyət o həddə çatıb ki, qarşı tərəf Əbülfəs Qarayevlə bağlı hərəkətə keçib». Artıq ona qarşı ciddi etimadsızlığın yarandığını bildirən mənbəmizə görə, mədəniyyət və turizm nazirinin adı ilə bağlı təxminən 25 milyon manatlıq bir mübahisənin detalları «yuxarılara» ötürülüb: «Təbii ki, Əbülfəs Qarayev bununla bağlı izahat verməlidir. Amma məsələ orasıdır ki, həmin faktlar artıq mətbuata da ötürülüb. Və bununla da nazirin gedişi daha da sürətlənə bilər. Çünki ictimailəşməsi planlaşdırılan faktlar konkret sənədlərə əsaslanır. Həmin sənədlər isə nazirə qarşı böyük korrupsiya ittihamını qarantiyə alır». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |