Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT DAHA BİR POSTLA BAĞLI QƏRARINI VERİB

HAKİMİYYƏT DAHA BİR POSTLA BAĞLI QƏRARINI VERİB


6-12-2013, 10:42
HAKİMİYYƏT DAHA BİR POSTLA BAĞLI QƏRARINI VERİB
MƏLEYKƏ ABBASZADƏ ÖZ VƏZİFƏSİNDƏ SAXLANILIR: DƏYİŞİKLİK OLACAQ

DİA.AZ: - Prezidentin 22 oktyabr tarixində Nazirlər Kabinetinin tərkibini təsdiqləməsinin ardından Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri postuna təsdiqlənməsilə boş qalan Dövlət Sosial Müdafiə Fonduna bu günlərdə rəhbər təyin olunsa da, hələ də NK strukturlarında rəhbərliyi təsdiqlənməmiş qurumlar var.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, onlardan növbətisi ilə bağlı artıq qərar qətiləşib. Bu barədə redaksiyamıza danışan mənbə iddia edir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri postunda heç bir dəyişiklik gözlənilmir. Mənbənin söylədikləri: «TQDK rəhbəri kimi Məleykə Abbaszadə özünü kifayət qədər peşəkar kadr olaraq göstərib və hakimiyyətin də bu sarıdan etimadını qazanıb. Artıq onun öz postunda saxlanılması qərarı qətiləşib».

Mənbəmiz əlavə etdi ki, yalnız rəhbərləri təsdiqlənməmiş digər qurumların əksəriyyətində dəyişiklik gözlənilir: «Və bu səbəbdən də yubanmalar var».

Geri qayıt