Əsas Səhifə > Gündəm, Manşet > YEVLAX RAYONUNDA SARAYDAXİLİ ÇƏKİŞMƏ PİK HƏDDƏ
YEVLAX RAYONUNDA SARAYDAXİLİ ÇƏKİŞMƏ PİK HƏDDƏ6-12-2013, 09:03 |
İCRA BAŞÇISI BİRİNCİ MÜAVİNİNƏ İNANMADIĞINDAN ONU TƏCRİD EDİB DİA.AZ: - Bəzi rayon icra hakimiyyətlərində daxili savaşın olması ilə bağlı yerli mətbuatda çox yazılıb. Elə redaksiyamıza daxil olan informasiyada da bu barədə danışılır. Və bildirilir ki, həmin rayonlardan, yəni saraydaxili çəkişmələrin hökm sürdüyü rayonlardan biri də Yevlaxdır. Bu barədə DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədovla RİH başçısının birinci müavini Qənimət Qaraşov arasında gizli bir ədavət var. Mənbənin söylədikləri: «Əslində Yevlaxda başçı-birinci müavin arasındakı rəqabət ənənəvi xarakter daşıyır. Çünki buna qədər də eyni qaydada ədavət olmuşdu və köhnə başçı yola salındı, onun yerinə indiki başçı - o zamankı birinci müavin olan Qoca Səmədov təyinat aldı». Mənbəmiz iddia edir ki, Qoca Səmədov da hazırda birinci müavini Qənimət Qaraşovdan şübhəlidir: «Özü birinci müavin ola-ola başçı gələ bilməsi üçün fəaliyyət göstərdiyindən Qənimət Qaraşovdan şübhələnir. Ona demək olar ki, etimad göstərmir. Hətta rayonun büdcə xərcləmələri və təsərrüfat işləri, maliyyə sənədləri ilə bağlı məsələlərə birinci müavinin müdaxilə imkanları başçının göstərişi ilə sıfır həddinə endirilib. Bununla yanaşı, Qənimət Qaraşova etimadsızlıq mühiti elə bir həddə çatdırılıb ki, hətta digər müavinlər də birinci müavindən kənarda durmağa çalışırlar. Əks halda, Qoca Səmədovun gözündə «separatçı» kimi təqdim olunacaqlar». Mənbə iddia edir ki, yalnız ictimai-siyasi tədbirlərin təşkilatçılığı missiyasını həyata keçirən birinci müavin başçının bu şəkildə davranışlarından yorulduğundan hətta bir neçə dəfə «yuxarılara» şikayət etmək zorunda da qalıb. Geri qayıt |