Əsas Səhifə > Cəmiyyət > “KƏPƏNƏK VAQİF”İN MƏHKƏMƏSİ BAŞLADI

“KƏPƏNƏK VAQİF”İN MƏHKƏMƏSİ BAŞLADI


7-02-2012, 15:11
“KƏPƏNƏK VAQİF”İN MƏHKƏMƏSİ BAŞLADI

O, İŞ ADAMINI QƏTLƏ YETİRMƏKDƏ İTTİHAM OLUNUR

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vaqif Cəfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs ifadə verərək, özünü qismən təqsirli bildiyini deyib.

Proses fevralın 14-də davam etdiriləcək.

Qeyd edək ki, V. Cəfərov iş adamı Qəhrəman Cəlilovu ofisində qətlə yetirib. Hadisənin baş verməsinə səbəb isə Q. Cəlilovun V. Cəfərova verdiyi obyektin aylıq icarə haqqını artırması olub.
Onu da qeyd edək ki, V. Cəfərov əvvəllər 3 dəfə məhkumluq həyatı yaşayıb. O, kriminal aləmdə “Kəpənək Vaqif” ləqəbi ilə tanınır.


Geri qayıt