Əsas Səhifə > Ölkə, Manşet > HANSI RAYONDAN KİMLƏR İŞDƏN AZAD EDİLƏCƏK?

HANSI RAYONDAN KİMLƏR İŞDƏN AZAD EDİLƏCƏK?


5-12-2013, 15:02
HANSI RAYONDAN KİMLƏR İŞDƏN AZAD EDİLƏCƏK?
KADR İSLAHATLARI ƏYALƏTƏ ÖTÜRÜLÜR

DİA.AZ: - Ölkə başçısı İlham Əliyev hələ andiçmə günü məmurlara ciddi mesaj verdiyini qeyd etmişdik. Hətta Əli Əhmədov KİV-nə açıqlama verərkən islahatların aparalıcağını vurğulamışdır. Belə ki, ölkə başçısı Nazirlər kabinetinin təsdiq edərək bır sıra dəyişikliklər etmiş, və yeni nazirlər, nazirliklər haqqında sərəncam imzalamış.

Görünən odur ki, Prezident İlham Əliyevin seçkilərdən az müddət keçməsinə baxmayaraq öz islahatlarına start verdi. DİA.AZ-a eibarlı mənbədən daxil olan məlumata görə yeni hökumətin təsdiq olunmasından sonra bir sıra icra başcıları işindən olacaq . Buna səbəb həmin rayonlardan gələn şikayətlərin ard-arasının kəsilməməsi və seçki prossesi zamanı baş verən nöqsanlardır.

Bir sözlə, Prezidentin apardığı siyasətə öz töhfəsini verə bilməyənlər komandada olmayacaq. Və redaksiyamıza daxil olan məlumatlardan da aydın olur ki, artıq ilkin olaraq “vurulacaq” başmıların sihyahısı təxmini olaraq müəyyən edilib. Xatırladaq ki, buna qədər də bu tipli məlumatlar yayılmışdı. Məlumatlı mənbə ilk işdən azad ediləcək və yaxud başqa rayona təyinat alacaq icra başcılarının siyahısını belə olacağını bildirir:

1. Ağdam rayonu İcra Hakimiyyətinin Başçısı Nizami Sadıqov
2. Şabran rayonu İcra Hakimiyyətinin Başçısı Novruz Novruzov
3. Lerik rayon İcra hakimiyyətinin Başcısı Rövşən Bağırov
4. Ağcəbədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov
5. Saatlı rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov
6. Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev
7. Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov
8.Göygöl rayon İcra Hakimiyyətinin Başçısı Arif Seyidov
9. Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Nazım Veysov
10. Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov

Mənbəmiz iddia edir ki, çox qısa müddət ərzində sadaladığımız icra başcıları vəzifələrindən azad ediləcək. Belə ki, bu icra başçıları haqqında sərəncam çıxdıqda sonra paytaxtın daha iki rayonunda da dəyişikliklərin baş verəcəyi gözlənilir.

Geri qayıt