Əsas Səhifə > Sosial, Manşet > MİKAYIL CABBAROV İCRA BAŞÇILARI İLƏ BACARMIR

MİKAYIL CABBAROV İCRA BAŞÇILARI İLƏ BACARMIR


5-12-2013, 12:23
MİKAYIL CABBAROV İCRA BAŞÇILARI İLƏ BACARMIR
NAZİR TABEÇİLİYİNDƏ OLAN KADRLARIN ÜZƏRİNDƏ İQTİDARA MALİK DEYİL

DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, təhsil sistemində islahatlar gözlənilir. Və islahat hədəfi kimi bu günə qədər aparılan yanlış dərslik siyasətinin olduğu bildirilir. Artıq bu barədə nazirliyin də ayrı-ayrı simaları müvafiq açıqlamalarla çıxış ediblər.

Bu gün isə redaksiyamıza təhsilin daha bir problemi ilə bağlı məlumat daxil olub. Nazirlikdəki qaynaqlardan DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, Mikayıl Cabbarov Bakı təhsil idarəsində və nazirlikdə kadr islahatı prosesini demək olar ki, başa çatdırmaq üzərədir:

«İndi isə sıra əyalətə çatıb. Demək olar ki, əksər rayonların rayon təhsil idarələrinin müdirlərinin işdən çıxarılması, yerlərinə gənc kadrların gətirilməsi planı mövcud olsa da, Mikayıl Cabbarov bu məsələdə aciz qalıb. Buna səbəbsə əksər təhsil şöbəsi müdirlərinin yerli icra başçıları tərəfindən himayə olunmasıdır».

Mənbə iddia edir ki, son bir ayda 3 rayonun təhsil şöbəsinin müdirinin işdən çıxarılması məsələsi gündəmə gəlsə də, məhz nüfuzlu icra başçılarının müdaxiləsi nazirliyi çaşbaş vəziyyətə salıb: «Təsəvvür edin, icra başçısı nazirliyin təlimatı ilə istefa ərizəsi yazdırılan şöbə müdirlərinin qərarlarını rəsmiləşdirməyiblər. Və məsələ şişərək, daha da yuxarı instansiyaların müzakirə predmetinə çevrilib».

Hələlik bu yöndə qəti qərarın verilmədiyini bildirən mənbəmiz onu da əlavə etdi ki, Mikayıl Cabbarov «icra başçısı səddi»ni aşa bilmədiyindən islahatları ertələmək qərarını verib.


Geri qayıt