Əsas Səhifə > Hadisə > BAKIDA SƏRNİŞİN AVTOBUSU MAĞAZAYA GİRDİ

BAKIDA SƏRNİŞİN AVTOBUSU MAĞAZAYA GİRDİ


5-12-2013, 10:11
BAKIDA SƏRNİŞİN AVTOBUSU MAĞAZAYA GİRDİ
Bu gün saat 09:20 radələrində Bakının Xəzər rayonu ərazisində sərnişin avtobusu ağır qəzaya uğrayıb. Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsi, polis akademisyasının yanında qeydə alınıb.

136 saylı sərnişin avtobusu yaxınlıqdakı mağazaya girib. Qəza nəticəsində 3 nəfər ağır yaralanıb. Yaralılar 43 yaşlı Rafiz Əsgər oğlu Nəcəfov, 26 yaşlı Elşən Əmirov və 22 yaşlı Hüseyn Mütəllim oğlu Əliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.

Geri qayıt