Əsas Səhifə > Gündəm, Manşet > SƏLİM MÜSLÜMOVA ŞOK VƏTƏNDAŞ MÜRACİƏTİ

SƏLİM MÜSLÜMOVA ŞOK VƏTƏNDAŞ MÜRACİƏTİ


5-12-2013, 09:09
SƏLİM MÜSLÜMOVA ŞOK VƏTƏNDAŞ MÜRACİƏTİ
İLGİNC: ƏSSMN ŞEFİNİN SON KADR SİYASƏTİ YERLƏRDƏ NARAZILIQ YARADIB

DİA.AZ: - Bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun 14 nəfəri nümayişkaranə formada və pafoslu sözlərin müşaiyəti ilə işdən azad etməsi heç də birmənalı qrşılanmayıb. Elə DİA.AZ-a daxil olan bir vətəndaş müraciətinin mətnindən anlaşılanı odur ki, Səlim Müslümov divident əldə etmək əvəzinə, özünə qarşı narazılıqlar yaradıb. Redaksiyamıza İmişli şəhəri Həsənoğlu küçəsi 14 saylı evin sahibi Həsənov Əlmuxtar Əlibaba oğlu tərəfindən ölkə prezidenti İlham Əliyevə ünvanlanmış müraciət daxil olub. Həmin müraciətdən bəzi məqamları diqqətinizə edirik. Bildirək ki, vətəndaş müraciətində naziri qanunları pozmaqda ittiham edir:

“Bu gün respublikada əmək qanunvericiliyinə əməl olunmaması insanların əmək hüquqlarının tapdalanması adi hal alıb. Əmək Müfəttişliyinin də tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri postuna yeni təyin olunmuş nazir Səlim Müslümov qeyd etdiyimiz məsələni lap kökündən vurdu. Baş Əmək Müfəttişinin Naziri rayonlardakı TSEK müdirlərini işdən azad edərkən nəinki əmək qanunvericiliyinə əməl etmədi, hətta TSEK müdirlərini şərəf və ləyaqətlərini tapdalayan hərəkətlərə yol verdi. Hər halda, nazirin onlarla cinayətkar kimi davranmalarına heç bir haqqı yox idi. Və onlar həqiqətən də cinayətkar idilərsə, nazirin yenə də mühakimə haqqı yoxdur, bunun üçün məhkəmələr var”.

Daha sonra müraciətində vətəndaş nazirə etiraz etməmələri səbəbindən işdən qovulanları da qınayır: “Hamısı rüşvət və korrupsiya burulğanında çabalayan TSEK müdirləri heç olmasa dirəşib son söz deyə bilmədilər. Əgər onlar az da olsa, gözləri kölgə olmasaydılar, S.Müslümovu məhkəməyə verib əmək qanunvericiliyini işçilərə verdiyi hüquqlardan yararlana bilərdilər.

Saatlı İmişli TSEK müdiri M.İbrahimov bir il deyildi ki, təyin edilmişdi, ona görə. TSEK-dəki özbaşınalıqlar keçmiş rəis Kamil Məmmədovdan qalma idi, həm də pensiyaları Bakı Komissiyası təyin edirdi, arayışları isə birbaşa Nazir verirdi - BUNA NƏ DEYİRSİNİZ?

Biz S.Müslümovu ittiham etmək fikrindən uzağıq. Cəmiyyət içərisində olduğumuzdan, Əmək Məcəlləsini bildiyimizdən və dərk etdiyimizdən, anladığımızdan bu məsələni qabardırıq. Nazirdən tutmuş fəhləsinə qədər bu Məcəlləyə və Qanuna hörmət əlaməti kimi fikrimizi ictimaiyyətlə bölüşürük.

Mən iki dəfə rayon Soveti İcraiyyə Komitəsinin deputatı olmuşam. S.Müslümov Prezident yanında Ali İdarəetmə Akademiyasını bitirmiş, başçı köməkçisi olmuş, məşhur H.Əliyevçi B.Xəlilovu işdən azad edib, tələbə yoldaşı Ş.Haqverdiyevin (DSMF-də yüksək post sahibidir) sinif yoldaşı AXP İmişli RT-nın sədri A.Cavadovun bacısı K.Cavadovanı təyin etdi. Hansı ki Akif radikal müxalifətçidir. Şakir də KP-nin İmişlidə sədr müavini olub. S.Müslümov onu əvvəlcə İmişli DSMF-yə sədr təyin etmiş sonra yuxarı aparmışdır. Bildiyimiz kimi Korrupsiya idarəsi İmişli ƏSMM-ni yoxlamış bir neçə nəfəri həbs etmişdir. Həmin xanım da o vaxt həmin idarədə aparıcı mühasib idi”.

Daha sonra vətəndaş Səlim Müslümovun köhnədən rəhbəri olduğu Dövlət Sosial Müdafiə Fondunun yerlərdəki şöbələrinin TSEK-lərlə necə korrupsiya əlaqələrinə girməsindən də yazır: “Əlbəttə, TSEK-lərdən yararlananlardan ən çoxu elə DSMF rayon şöbələri olub. Saxta sənədlərlə əlillik alanlara saxta əmək stajı düzəldənlər elə fondlardır. Biz məsələni açıb-ağartmadan ac qalmamaq üçün danasını, inəyini, zinət əşyalarını satıb xəstəlik qrupu alanları hallandırmaq istəmirik, onsuz da onlar qanuni xəstədirlər. Rəhbərlərimiz də bilir ki, müavinətlərin verilməsində pis heç nə yoxdur, təki vətəndaşlarımız yarıtox olsunlar, amma bu ucdantutma da olmaz axı. Bilirik ki, təyinatları idarələrə RİH başçıları verir, işə götürən də onlardır. Amma yeni nazirin kadrlar şöbəsi idarə rəislərinə və müavinlərinə zəng edib deyiblər ki, get başçına işdən azad olunmağın haqda ərizə ver. Bu cənab Nazirin göstərişidir deyirlər. Bəs əmək qanunvericiliyi, bəs həmkarlar konfederasiyası hara baxır?

Möhtərəm, cənab, Prezident! Biz Sizin kadr siyasətinizi alqışlayırıq. S.Müslümovda hələ ki, güclü işlər görür. Amma H.Əliyevçini 8 ayın işçisini Ali İdarəetmə məktəbini bitirən şəxsi adi ali təhsilli şəxslə əvəz edəndə heç olmasa fikirləşməliydi kimi-kimlə əvəz edir”...

Geri qayıt