Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: AZƏRBAYCAN GÖMRÜK İTTİFAQINA QOŞULA BİLƏR

ŞOK: AZƏRBAYCAN GÖMRÜK İTTİFAQINA QOŞULA BİLƏR


4-12-2013, 13:34
ŞOK: AZƏRBAYCAN GÖMRÜK İTTİFAQINA QOŞULA BİLƏR
KREMLLƏ RƏSMİ BAKININ ANLAŞDIĞI DEYİLİR: RUSİYA İŞƏ QOL QOYUB

DİA.AZ: - Az əvvəl məlumat verərək bildirdik ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanda səfəri zamanı Sərkisyanın və bütün ermənilərin qanını qaraldacaq təklifləri səsləndirib. Artıq bu məlumatın qardaş Türkiyənin KİV-lərində də yerləşdiyi məlum olur. Xəbərlərə görə, Rusiya prezidenti Bakının istəyi ilə Ermənistana Qarabağdan geri çəkilməsi təklifini edib.

Bununla bağlı DİA.AZ-a yeni bilgilər daxil olub. Mötəbər mənbədən redaksiyamıza ötürülən informasiyalardan aydın olur ki, son bir ay ərzində rəsmi Bakı ilə Krekml arasında ciddi danışıqlar gedib: «Bu danışıqlarda Azərbaycan tərəfi qəti şəkildə Qarabağ probleminin həllini tələb kimi səsləndirib və Azərbaycanın bütün birliklərə münasibətinin də məhz bu problemin həllindən asılı olduğu net şəkildə vurğulanıb.

Bununla yanaşı, həmçinin Rusiya rəhbərliyinin diqqətinə çatdırılıb ki, Azərbaycan Qarabağ problemini öz gücünə həll etməyə qadirdir. Amma bunun danışıq yolu il əvə Rusiyanın vasitəçiliyi ilə həllində maraqlıdır. Və əgər bu baş verərsə, Azərbaycan artıq özünə dost olan ölkəni, habelə strateji müttəfiqini də müəyyənləşdirmiş olacaq».

Mənbəmiz iddia edir ki, Rusiya rəsmi Bakı qarşısında Qarabağ probleminin həlli ilə bağlı öhdəlik götürməklə yanaşı, problemin Azərbaycanın ərazi bütünlüyü çərçivəsində həll ediləcəyinə vəd verib.

Bu arada DİA.AZ-a danışan hökumət içindəki mənbə iddia edir ki, artıq Azərbaycanın da gömrük ittifaqına qoşulması üçün müəyyən prosedurlar həyata keçirilir. Və əgər belə bir hal varsa, demək, Rusiya ilə Azərbaycan anlaşıblar.

Geri qayıt