Əsas Səhifə > Siyasət, Manşet > FİZULİ ƏLƏKBƏROV BİZNESDƏN DƏ GERİ ÇƏKİLƏ BİLƏR
FİZULİ ƏLƏKBƏROV BİZNESDƏN DƏ GERİ ÇƏKİLƏ BİLƏR4-12-2013, 12:45 |
KEÇMİŞ NAZİRİN HOLDİNQİ BƏZİ STRUKTURLARINI LƏĞV ETMƏYƏ HAZIRLAŞIR DİA.AZ: - Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri postundan alınan Fizuli Ələkbərovun rəhbəri olduğu Cüdo Federasiyasından da uzaqlaşdırılacağı haqda müəyyən informasiyalar yayılsa da, sonradan bu xəbər öz təsdiqini tapmadı. Elə DİA.AZ-ın bu yöndən aldığı bilgilərdən də aydın olur ki, Fizuli Ələkbərov heç də birdəfəlik olaraq üzərindən xətt çəkilmiş fiqur deyil və hazırda da sözügedən federasiyanın rəhbərliyindədir. Amma bəzi qaynaqlar Fizuli Ələkbərovun Azərbaycandakı biznesi ilə bağlı müəyyən çətinliklərin yarandığını iddia edirlər. Redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, keçmiş nazirə və qardaşlarına məxsus olan «İmproteks Holdinq»də müəyyən böhranlı vəziyyət yaranıb. Mənbənin söylədikləri: «Məlumdur ki, keçmiş nazirə aid holdinqdə bir neçə törəmə şirkət də cəmləşib. Və artıq holdinqə aid strukturların bəzilərinin ləğvi nəzərdə tutulur. Hətta ola bilsin ki, şirkətin Bakıdakı macazaları da fəaliyyətini dayandırsın». Mənbəmiz bildirir ki, bu qərar Fizuli Ələkbərovun özü tərəfindən verilib: «Yəni burada hansısa siyasi basqı faktı mövcud deyil. Sadəcə olaraq Fizuli Ələkbərov belə qərar verib. Təsadüfi deyil ki, holdinqdə bu yaxınlarda ixtisarlar da aparılıb. Və gözlənilir ki, Bakıda əsasən eletrik avadanlıqlarının satışı ilə məşğul olan holdinqə məxsus mağazalar fəaliyyətini dayandırsın». Geri qayıt |