Əsas Səhifə > Partiya > MÜXALİFƏTDƏN BAHALAŞMAYA QARŞI MİTİNQ ÇAĞIRIŞI
MÜXALİFƏTDƏN BAHALAŞMAYA QARŞI MİTİNQ ÇAĞIRIŞI3-12-2013, 11:05 |
Müsavat Partiyasının başqanı İsa Qəmbər qiymətlərin artması ilə bağlı etiraz aksiyaalarının keçirilməsini istəyir. Virtualaz.org xəbər verir ki, bu barədə öz facebook səhifəsində yazan İ.Qəmbər Milli Şuranın bu gün keçirilən sessiyasında mitinqlərə başlanılmasının müzakirə olunmasını istəyir: “2007-ci ilin yanvarında qiymətlərin kəskin artmasına qarşı Müsavat Partiyası olaraq etiraz mitinqlərinə başladıq. Bir neçə mitinq keçirdik, amma böyük bir kütləvilik olmadı. Bu gün Milli Şuranın sessiyasında müzakirə edək, məncə, dinc etiraz mitinqlərinə başlamaq lazımdır. İstənilən halda, son söz xalqındır!”. Qeyd edək ki, bu gün saat 16:00-da AXCP-nin qərargahında Milli Şuranın sessiyası keçiriləcək. Geri qayıt |