Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCAN BÖYÜK ÇƏTİNLİKLƏRİN QAPISINI DÖYÜR

AZƏRBAYCAN BÖYÜK ÇƏTİNLİKLƏRİN QAPISINI DÖYÜR


3-12-2013, 10:51
AZƏRBAYCAN BÖYÜK ÇƏTİNLİKLƏRİN QAPISINI DÖYÜR
BİZİ GÖZLƏYƏN, YOX HƏM DƏ GÖZLƏMƏYƏN, ARTIQ HAQLAYAN TƏHLÜKƏLƏR

DİA.AZ: - Azərbaycan tolerant ölkədir. Bu, bizim fəxrimizdir və əsas şüarlarımızdan biridir. Yəni biz ayrı-ayrı təriqətlərin, dinlərin, ideoloji cərəyanların ölkəmizdə qardaşcasına çiyin-çiyinə verib yaşamasına şahidlik etməkdəyik. Amma hələlik… Və üfüqdə də olsa, görünəni odur ki, bu qardaşlıq heç də möhkəm təməllər üzərində deyil. Elə bu günlərdə terrorçuların hədəfi olmaqdan yaınan Bakıdakı Məşədi Dadaş məscidinin imamı Hacı Haşinlə bağlı olay da belə deməyə əss yaradır.

Bəlkə də kimlər üçünsə bu, maraqlı deyil. Amma dövlət və dövlətçilik baxımından bu gün bir vətəndaşımızın digər bir vətəndaşımıza düşmən kimi baxması, onu məhz düşüncəsinə görə öldürməyə qalxma təşəbbüslərində bulunması… artıq böyük faciələrin astanasında olmağımızdan xəbər verməkdədir. Yəni bu gün Azərbaycan insanı digər bir Azərbaycan insanını fərqli düşündüyünə görə fiziki cəhətdən məhv etmək istəyir. Və bunda özünü haqlı da sayır. Çünki əqidəsi belədir.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunan vəhabilərin əqidəsinə görə, şiə imamı olan Hacı Şahin öldürülməlidir və bunun müqabilində həmin vəhabi cənnətə qovuşacaq. Yəni o, belə anlayır, belə qəbul edir. Əqidəsindən doğan qənaət onu bu addımı atmağa vadar edib. Çünki onun beynində başqa bir ideya - ən azından vətəndaşlıq duyğusu belə mövcud deyil. Halbuki ən əsas olanı da, birinci yerdə gələni də məhz budur: VƏTƏNDAŞLIQ İDEYASI… Həmin ideya isə Hacı Şahinin vuə digərlərinin fərqli düşündüyünə, fərqli inanc sisteminə malik olmasına görə öldürülməsini qadağan edir. Bunu «günah» yox, cinayət adlandırır.

Əslində İslam qanunlarının özü də bir insanın öldürülməsini, fərqliliyinə görə öldürülməsini GÜNAH VƏ CİNAYƏT elan edir… Amma indi kimdir burada nəyinsə əslinə varan?.. Hərənin bir inandığı, öz inandığı var. Və hələlik də bu şəraitdə çiyin-çiyinə, qardaşcasına yaşayırıq. Çünki tolerant ölkəyik. Çünki bir-birimizə ümumi mənada səbirliyik. Ara-sıra hacışahinləri və yaxud da əbusüfyanları öldürməyi ağlımızdan keçirsək belə, yenə də dözümlüyük… ümumi mənada…

Amma bu «ümumi mənanın» artıq dirəndiyi nöqtəyə doğru yetişməkdəyik. Yetərincə siqnallar almışıq da. Vaxtdır, Azərbaycan kifayət qədər parçalanıb, Azərbaycan insanlarını əqidə fərqliliyi ilə kifayət qədər parçalayıblar.

Kimi bu prosesdə maddi marağını güdür, kimi də mənəvi… İtirən isə bütünlükdə olaraq Azərbaycan türkü və onun güc-bəla ilə qurduğu, zar-zor yaşadaraq günümüzə qədər daşıdığı Azərbaycan dövlətidir… Bəli, itirən bizik və biz yetimlərin anası olan Azərbaycanımız!

Nə etməli? Təbii ki, demokratiya deyilən mərəzin şərtlərinə görə, hər kəs düşüncəsində, inancında azaddır. Yəni necə ki, hər kəs hansısa idman növünü seçərkən azaddır, müstəqildir, faili-muxtardır… eləcə də dinə baxışlarını, inanc sistemini müəyyən edərkən sərbəstdir. Amma bu sərbəstlik artıq Azərbaycanda özbaşınalıq həddinə çatıb. Yəni insanlar özbaşına buraxılıb. Bəlkə də bunun adına elə «demokratiya» deyirlər. Amma inanın ki, özünü demokratiyanın «beşiyi», «qucağı», «ocağı» adlandıran ölkələrdə belə bu şəkildə özbaşınalıq mövcud deyil. Bunu ki, bilirik…

Bunu ki yaxşı bilirik ki, bu gün Avropanın özündən deyən ölkələrində minarə yasacı var, məscid inşası məhdudlaşdırılır və s. Amerikanın isə demokratiyaya baxışından ümumiyyətlə, danışmağına dəyməz. Çoxdandır okeanın o tayındakı «demokratiya beşiyi» körpə nəcisindən üfunət qoxuyur…

Belə olan təqdirdə nədən bizlər bu qədər dözümlü, xoşgörülü, tolerant olmalıyıq. Hansısa beynəlxalq tədbirdə bir-iki əhsəni çırpışdırmaq üçünmü? Dəyərmi hansısa Conun alqışına bu boyda məmləkətin evini yıxmağa?..

Bəli, bu gün bizlər böyük bir təhlükənin astanasındayıq. Başımızı qaldırıb, baxmağımız yetərlidir. Bütün istiqamətlərdə bu təhlükə özünü gözə soxur. Bir yanda İranın qucağında oturub bizə ərəb çöllərinin dastanlarını anladırlar, Qarabağ boyda şəhidlik fürsətini sanki unudurlar, bir yanda Küveytin qucağında oturanlar saqqallarını uzadaraq gözümüzə soxub, qısa balaqları ilə dövlətimizin dibini qazmaqdadırlar, Suriyada insan başı kəsəcək qədər şərəfsizliyi Qarabağ uğrunda bir dənə də olsun güllə atmaqdan üstün tuturlar, başqa bir yanda isə bizlərə lahmacun yedirdib, xamırdan qat-qat olan qarnımızı ovuşdura-ovuşdura Səid Nursi-Kürdi adlı hansısa bisavad kürd millətçisinin uydurma ideyalarını sırımağa çalışırlar… Hələ küncdə-bucaqda oturub Yəhovaya şahidlik edərək ermənilərin qardaş olması barədə təhlükəli üfunəti püskürənləri, kilsədə şam yandırmağın cənnət naminə ehsan olduğunu təlqin edərək, sünnətliləri sünnətsiz həyata alışdıranları, bir mələfəyə bürünüb «Hare Rama» dedirdərək, insanlarımıza gözü bərələnə qədər ot yeməyi aşılayanları və digər bu kimiləri demirəm… Yəni yetərincə qarışmışıq, qarışığıq, tolerantıq…

Tən ortada isə biz qalmışıq. Sırası günü-gündən daralan, sayı günü-gündən azalan Azərbaycan türkləri, Azərbaycan vətəndaşları, Azərbaycan yetimləri…

Nə etməli? Bunu isə dövlət etməlidir. Artıq əl bulamağın, müdaxilə etməyin zamanı çoxdan yetişib. Daha kiminsə saqqalını yandırmaqla bizim tamamımızı atəşə qərq edəcək təhlükə alovunun qarşısını ala bilməyəcəyik. Saqqallar üzə, şalvarlar isə ayağa uyğunlaşdırılmalıdır. Başlar da dik tutulmalıdır. Azərbaycan naminə və Azərbaycan adına… Çıxış yolu da budur!!!

Azər - DİA.AZ

Geri qayıt