Əsas Səhifə > Hadisə > 86 YAŞLI BAKI SAKİNİ BIÇAĞI ÖZ BAĞRINA SANCDI

86 YAŞLI BAKI SAKİNİ BIÇAĞI ÖZ BAĞRINA SANCDI


3-12-2013, 10:18
86 YAŞLI BAKI SAKİNİ BIÇAĞI ÖZ BAĞRINA SANCDI
Dekabrın 2-də Bakının Binəqədi rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Rəşid İsmayılov küçəsində yaşayan 1927-ci il təvəllüdlü Yuravlov Pyotr Timofeyeviç özünü yaşadığı mənzildə bıçaqlayaraq intihar edib. 86 yaşlı kişinin meyitini yaxınları aşkarlayıblar. O, bıçağı var gücü ilə ürəyinə sancıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən ahıl kişi uzun müddət imiş ki, xəstəlikdən əziyyət çəkirmiş. O, özünü öldürməzdən əvvəl yaxınlarına məktub yazıb. Məktubunda P. Yuravlov bildirib ki, daha yaşamaq istəmir və artıq kiməsə yük olmaq niyyətində deyil.

Faktla əlaqədar Binəqədi Prokurorluğunda araşdırma aparılır.

Geri qayıt