Əsas Səhifə > Güney Press / Manşet > ERMƏNİLƏR TEHRAN-BAKI GƏRGİNLİYİNƏ SEVİNİR

ERMƏNİLƏR TEHRAN-BAKI GƏRGİNLİYİNƏ SEVİNİR


2-12-2013, 16:47
ERMƏNİLƏR TEHRAN-BAKI GƏRGİNLİYİNƏ SEVİNİR
DİA.AZ: - Deyəsən, İran-Azərbaycan münasibətlərindəki gərginlik rəsmi İrəvanı əməlli-başlı sevindirib. Hər halda iki müsəlman ölkəsinin bir-birinə düşmən münasibəti bu gün Ermənistanda toy-bayram xəbəri kimi qarşılanmaqdadır. Elə İrəvan Dövlət Universitetinin İrançılıq bölməsinin dosenti Vardan Voskanyanın erməni mətbuatına verdiyi açıqlamasından da bunu sezmək olar.

DİA.AZ bildirir ki, Voskanyan İran-Azərbaycan münasibətlərindəki gərgin nöqtədən Ermənistanın faydalana biləcəyini istisna etmir: В«Bu iki şiə ölkəsi arasındakı gərginlik İrəvanın hər zaman işinə yarayıb. Və ən maraqlısı isə odur ki, onların münasibətləri heç bir zaman yaxşılaşa bilməz.

Çünki İran tərəfi Azərbaycandan hər zaman В«Güney Azərbaycan təhdidininВ» qalxacağını gözlədiyindən, qabağa düşüb, Azərbaycana qarşı ərazisi iddası irəli sürür. Bununla yanaşı, rəsmi Tehran Azərbaycan-İsrail münasibətlərindəki məhrəmliyi həzm edə bilmir.

Azərbaycan və İran münasibətləri son aylarda qarşılıqlı notalarla müşaiyət olunub ki, bu da Ermənistanın işinə yarayır. Rusiya kimi İran da Ermənistanın yanında olmaq məcburiyyətində qalırВ».

Geri qayıt