Əsas Səhifə > Ölkə, Manşet > ZAKİR HƏSƏNOVU KİMLƏR ÇƏTİN DURUMA SALIR?

ZAKİR HƏSƏNOVU KİMLƏR ÇƏTİN DURUMA SALIR?


2-12-2013, 14:48
ZAKİR HƏSƏNOVU KİMLƏR ÇƏTİN DURUMA SALIR?
DAXİLDƏN İNFORMASİYA ÖTÜRƏN VAR

DİA.AZ: - Zakir Həsənov nazirlik daxilində ciddi təftiş qərarı verib. Bu barədə DİA.AZ-a hərbi mənbələrdən daxil olan informasiyada deyilir. Məlumatı verən mənbə iddia edir ki, yeni müdafiə naziri son zamanlar nazirliyin bir sıra addımları ilə bağlı yerli mətbuata informasiya sızıntısını həyata keçirən qüvvələri müəyyənləşdirmək niyyətindədir.

Bildirək ki, buna qədər də müəyyən araşdırmalar aparılmışdı. Hətta nazirliyin «Vikiliks»i adını qazanmış, tanınmış hərbi ekspert Üzeyir Cəfərovun məlumat qaynaqlarının araşdırılması yönündə bir sıra addımların da atıldığı deyilirdi.

DİA.AZ-a daxil olan son məlumatlara görə, bu dəfə narahatçılıq yaradan məqam nazirliyin əslində həm də hərbi sirr sayıla biləcək addımları barədə məlumatların ictimailəşdirilməsidir: «Məsələn, bu günlərdə Azərbaycanın hərbi birləşmələrinin yerdəyişməsi ilə bağlı informasiyalar mətbuatda yer aldı. Əslində düşmən cinah bu kimi xəbərləri əldə edə bilməsi üçün kəşfiyyatını işə salır.

İndi isə elə bir təəssürat yaranır ki, ermənilərin kəşfiyyat saxlama ehtiyacı yoxdur. Çünki Azərbaycan mətbuatı düşmən tərəfə bu xidməti göstərməkdədir. Və elə bu səbəbdən həmin tipdən olan informasiyaların mətbuata hansı məqsədlə və hansı yollarla ötürülməsi barədə nazirlik daxilində Zakir Həsənovun göstərişi əsasında araşdırma başlanılıb».

Mənbəmiz iddia edir ki, bu gün Azərbaycan ordusunun əldə etdiyi yeni silah növləri ilə bağlı məlumatlar da məhz eyni ünvandan mətbuata ötürülür ki, bu da müharibə şəraitində olan bir ölkə üçün heç də arzuolunan hadisə deyil.

Geri qayıt