Əsas Səhifə > Siyasət, Manşet > RUSİYA İLƏ İRAN AZƏRBAYCAN ƏLEYHİNƏ ANLAŞDI
RUSİYA İLƏ İRAN AZƏRBAYCAN ƏLEYHİNƏ ANLAŞDI2-12-2013, 10:07 |
KREMLLƏ RƏSMİ TEHRANIN XƏFİYYƏLƏRİ CƏNUBİ QAFQAZA NƏZARƏT EDƏCƏK DİA.AZ: - «Azərbaycanın son günlər özünün xarici siyasətində nümayiş etdirdiyi dəst-xətt Kremlin ölkəmizə qarşı hiddətini daha da artırıb. Hətta vəziyyə o həddədir ki, Rusiyanın ölkəmizə qarşı münasibətin 9 oktyabr prezident seçkilərinə qədər müşahidə olunan gərginlikdən də qat-qat artıq şiddətdədir». Bu məlumat DİA.AZ-a diplomatik mənbələrdən daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Rusiya Azərbaycanı gömrük ittifaqına cəlb edə bilməsi üçün yeni təzyiq rıçaqlarının işə salınmasına qərarlı görünür: «Kremlin ölkəmizə qarşı ənənəvi «silahları» bəllidir. İlk yerdə gələni Qarabağ problemidir. Bu kartla Rusiya illərdir Azərbaycanı danışıqlar masasında təhdid edir və istəklərinə müəyyən qədər nail olur, müəyyən güzəştlər əldə edir. Və yenidən bu mexanizmlə Rusiya rəsmi Bakını geri oturtmaq fikrindədir. Elə buna görə də Putin durub-dururkən İrəvan yolunu tutur. Təbii ki, bu səfər sıradan bir səfər deyil. Rusiyanın prezidenti 2 dekabr tarixində İrəvana gəlməsilə həm də bir işarə də vermiş olur. Xatırladaq ki, 2 dekabr tarixi həm də Ermənistanda sovet hakimiyyətinin qurulduğu gündür». Putin bu tarixi seçməklə əslində İrəvana nə üçün gəldiyini də nümayiş etdirir. Çünki buna qədər İrəvan Gömrük İttifaqına qoşulacağını bəyan edib. Putinin Ermənistan səfəri zamanı da prioritet mövzu məhz budur. Rusiyadan gələn açıqlamalarda isə bildirilirdi ki, Ermənistanın Gİ-yə qoşulması proseduru sürətlə həyata keçirilir. Yəni Putin Cənubi Qafqazdakı əsas dayağı olan Ermənistandan yenə də ilkin istinad nöqtəsi kimii istifadə etməkdədir. Əslində Ermənistanın bir dövlət olaraq de-fakto mövcud olmaması, haqlı olaraq bu ərazilər haqqında danışarkən bəzi avropalı analitiklərin Ermənistanı xatırlayaraq «Rusiyanın Cənubi Qafqaz uzantısı» terminindən istifadə etmələri belə deməyə əsas yaradır ki, Kreml bu yolla həm də Avropanı Cənubi Qafqazda qarşılayıb, Cənubi Qafqazdaca yola salmağı düşünür. Məlumatlı mənbələrdən DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, amma buna baxmayaraq Azərbaycan ciddi müqavimət məntəqəsi kimi çıxış etməkdədir: «Artıq Azərbaycan hakimiyyəti öz xəttini müəyyən edib. Doğrudur, bu xətt ölkəmizi Avropanın içinə doğru daşımır, amma Avropadan da uzaqlaşdırmır. Sadəcə olaraq, rəsmi Bakı güclərin münasibəti fonunda öz mövqelərini möhkəmlədir. Qərar verməyə tələsmir. Çünki qərar verilən an əks qütbün hədəfi olma ehtimalı var. Bu əsnada daha çox əks qütb perspektivində olan Rusiyanın isə Azərbaycana qarşı təzyiq imkanları yetərincə olduğundan bəri başdan Avropaya doğru niyyətlənmiş rəsmi Bakı özünün bir sıra dövlət maraqlarını konservləşdirmək zorunda qalıb. Amma bu o demək deyil ki, Azərbaycan Rusiyanın keçmiş SSRİ-ni bərpa niyyətinə qulluq edən Avrasiya Birliyinin təməli - Gömrük İttifaqına qoşulacaq. Bu, əsla gözlənilən və mümkün deyil. Sadəcə olaraq rəsmi Bakı Rusiya ilə münasibətlərini Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində qurmağı məqbul hesab edir, bunu nümayiş etdirir. Təbii ki, bu da Rusiyanı qane etmir. Ona görə də Kreml Azərbaycanı daha da əsəbləşdirəcək addımlara qərarlıdır». Məlumatlı mənbənin sözlərinə görə, Rusiyanın regiondakı əsas ortaqlarından olan İran tərəfi də bu gün Kremllə Azərbaycanın küncə sıxışdırılması prosesinə cəlb olunub: «Rəsmi Tehran onsuz da Azərbaycana düşmən mövqedədir və İranda belə düşünürlər ki, Azərbaycanın Avropaya inteqrasiyası Avropanın İran sərhəddinə qədər yaxınlaşması deməkdir. Və buna görə də İranda Azərbaycanın elə Rusiyanın yanında qalmasını arzulayırlar. Çünki İrana Rusiya ilə qonşuluq sərf edir, nəinki Avropa ilə». Bu arada mənbəmiz çox maraqlı bir faktı açıqlayır: «Rusiya ilə İran arasında bu günlərdə Moskvada gizli danışıqlar olub. Danışıqların əsas müzakirə mövzusu Cənubi Qafqaz məkanı olub. Tərəflər arasında anlaşma əldə edilib. Analşamaya görə, Rusiya ilə İranın xüsusi xidmət orqanları regionda ümumi maraqlarının müdafiəsi naminə ortaq hərəkət etmə haqda razılıq əldə ediblər. Bunun isə Azərbaycan üçün hansı nəticələrə gətirib çıxaracağını təxmin etmək o qədər də çətin deyil»… Geri qayıt |