Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HEYDƏR ƏSƏDOV DAHA 2 MƏMURU "VURDU"

HEYDƏR ƏSƏDOV DAHA 2 MƏMURU "VURDU"


2-12-2013, 09:36
HEYDƏR ƏSƏDOV DAHA 2 MƏMURU "VURDU"
Son vaxtlar Kənd Təsərrüfatı Nazirliyində ciddi kadr islahatları baş verir. Yenicə təyin olunmuş nazir Heydər Əsədov ilk öncə nazir müavini Aslan Aslanovu vəzifəsindən azad elədi. Sonra nazirliyin nəzdində olan Dövlət Baytarlıq Xidmətinin rəis müavini, İsmət Abasovun baldızı oğlu Cavid Hadıyevi vəzifəsindən uzaqlaşdırdı.

Bu gün redaksiyamız daxil olan məlumata görə nazir Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin ( DFNX) rəsi Məmmədəli Dünyamlıyevi və qurumun Bakı şöbəsinin müdiri Mehman Quliyevi vəzifəsindən azad edib.

Onu da bildirək ki, DFNX ölkədəki bitkiçilik sahəsinə və bütün bitki mənşəli məhsulların keyfiyyətinə nəzarət edir. Ancaq son illərdə bitki mənşəli məhsullardan xeyli zəhərlənmələr olmuşdu.

Geri qayıt