Əsas Səhifə > Gündəm, Manşet > BƏRDƏDƏN AZAD RƏHİMOVA ŞİKAYƏT ÜNVANLANDI

BƏRDƏDƏN AZAD RƏHİMOVA ŞİKAYƏT ÜNVANLANDI


2-12-2013, 08:50
BƏRDƏDƏN AZAD RƏHİMOVA ŞİKAYƏT ÜNVANLANDI
İCRA BAŞÇISI OLİMPİYA KOMPLEKSİNİN ƏRAZİSİNİ SATMAQDA İTTİHAM OLUNUR

DİA.AZ: - Redalsiyamıza bir qrup Bərdə rayon sakini adından gənclər və idman naziri Azad Rəhimova ünvanlanmış şikayət məktubu daxil olub. Bir nüsxəsi də DİA.AZ-a daxil olan və Bərdə şəhər sakinləri Z.Mikayılov, X.İsmayılov, Ş.Aslanov və Ş.Abbasov tərəfindən ünvanlanan müraciətdə deyilir:

“Bərdə şəhərində Ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə tikilən və açılışında şəxsən iştirak etdiyi Bərdə Olimpiya idman kompleksinin ərazisi qanunsuz olaraq müəyyən maraqlar niyyətilə satılmışdır.

Hal hazırda İdman kompleksinin həyətində tikiləcək ticarət mətkəzinin təmələ qoyulr. Halbuki həmin ərazi idman kompleksinin ərazisi sayılır və minlərlə gül kolları əkilmişdir. İndi həmin kollar gecə vaxtlarında kəsilmiş yerində isə böyük qazıntı işləri aparılır. İkinci bir tərəfdən, həmin ərazidə tikintinin aparılması piyada gedişinə maneçilik yaradacaq və piyadaların yol ilə hərəkəti zamanı həyatının təhlükə altına atılmasına gətirib çıxaracaq...

Bərdə sakinləri belə qanunsuzluqla əlaqədar rayon icra basçı Vidadi İsayevə müraciət etsələr də, nəticəsi olmayıb. Çunki tikintinin aparılması üçün həmin yer üçün külli miqdarda “şirinlik” alınıb. Bunu Bərədə bilməyən yoxdur... Rayonun arxitektoru isə deyir ki, “mən kiməm, rayonun yiyəsi var”. Vidadi müəllim dəfələrlə deyirdi ki, Bərdədə ticarət obyektləri yetərincədir. Bəs nə oldu?”..

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt