Əsas Səhifə > Hadisə > RÖVNƏQ ABDULLAYEVİN GƏLHAGƏLİDİR

RÖVNƏQ ABDULLAYEVİN GƏLHAGƏLİDİR


6-02-2012, 13:30
RÖVNƏQ ABDULLAYEVİN GƏLHAGƏLİDİR

ARDNŞ LONDON BİRJASINDA BOND SATIB

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) London birjasında avrobondlarının yerləşdirilməsini başa çatdırıb.

Avrobondların ümumi məbləği 500 mln. dollar, gəlirlik illik 5,45% səviyyəsində müəyyən edilib. Avrobondların ödənilməsi müddəti 2017-ci ilə qədərdir.

«Citigroup», «Deutsche Bank» və «Royal Bank of Scotland» bankları avrobond emissiyası üzrə birgə əsas idarəçilər qismində, «Nomura» və «Societe Generale Corporate & Investment Banking» bankları isə birgə idarəçilər qismində çıxış edib.

Avrobondlar İngiltərə (46%), digər Avropa ölkələri (38%), ABŞ-ın offşor (12%) və Asiya (4%) investorları arasında yerləşdirilib. Yerləşdirmə nəticəsində Avrobondların 63%-i fond idarəçiləri, 16%-i banklar, 11%-i sığorta şirkətləri və pensiya fondları, 10%-i isə hedc fondları tərəfindən alınıb.

ARDNŞ-in avrobondlarına «Fitch» reytinq agentliyi tərəfindən «BBB-», «Moody’s» agentliyi tərəfindən isə «Ba1» reytinqi təyin edilib.

ARDNŞ-in korporativ uzunmüddətli reytinqi «Fitch» tərəfindən «BBB-» (sabit proqnoz), «Standard & Poor’s» agentliyi tərəfindən «BB+» (sabit proqnoz) və «Moody’s» agentliyi tərəfindən «Ba1» (sabit proqnoz) kimi qiymətləndirilib.

Sual odur ki, ARDNŞ borcla pulu niyə cəlb edir? Onun pul ehtiyatı azdırmı?
Və ARDNŞ cəlb etdiyi yarım milyard dolları nəyə sərf edəcək?


Geri qayıt