Əsas Səhifə > Siyasət, Manşet > ELDAR HƏSƏNOV «ÇEVRİLİŞƏ CƏHD» İŞİNDƏN QURTULDU?
ELDAR HƏSƏNOV «ÇEVRİLİŞƏ CƏHD» İŞİNDƏN QURTULDU?29-11-2013, 12:52 |
KEÇMİŞ BAŞ PROKURORUN AQİBƏTİ HƏLƏ DƏ MÜƏMMALI OLARAQ QALMAQDADIR DİA.AZ: - Redaksiyamıza keçmiş baş prokuror Eldar Həsənovla bağlı ilginc məlumat daxil olub. Xatırladaq ki, prezident seçkiləri öncəsi müxtəlif təxribatçı olaylarda adı hallandırılan hazırda ölkəmizi Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinada təmsil edən Eldar Həsənovun adı «dövlət çevrilişinə cəhd» projesində hallandırılsa da, bu barədə rəsmi dairələr hər hansı formada mövqe ifadə etmədilər ki, bu da daha çox rəsmi münasibətin hüquqi addımdan ibarət olacağı ilə bağlı qənaətləri möhkəmləndirməkdədir. Doğrudur, Eldar Həsənov özü bu barədə mətbuatda açıqlamasını yaydırdı. Və daha çox keçmiş baş prokuoru dövlət çevrilişi projesində iştirakçı kimi təqdim edən mətbu orqanı və yazarı hədəfə aldı. Yəni səslənən ittihamlara cavab vermədi ki, bu da kifayət qədər şübhələrə rəvac vermiş oldu. Dünən isə yeni bir iddia səsləndi ki, adı Eldar Həsənovla qoşa çəkilən Akif Muradverdiyev sən demə, eyni qaydada AMİP lideri Etibar Məmmədovla görüşüb və ondan Milli Şuraya dəstək istəyibmiş. Amma Etibar Məmmədov Akif Muradverdiyevə rədd cavabı verib. Və bu barədə xəbəri yayan qaynaq iddia edir ki, təkcə rədd cavabı ilə kifayətlənməyən Etibar Məmmədov eyni zamanda dövlətin müvafiq qurumlarını da bu barədə bilgiləndirib ki, bunun da ardından məlum həbslər həyata keçirilib. Bildirək ki, hazırda bu işlə əlaqədar Etibar Məmmədovyn yaxın silahdaşı Vaqif Musayev də həbsdə yatır ki, baş verən prosesdə AMİP liderinin ana qaynaq rolunda çıxış etməsi iddiaları da bu baxımdan yetərincə inandırıcı görünür. DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə iddia edir ki, bui şlə əlaqədar keçmiş baş prokuror Eldar Həsənovla bağlı hüquqi araşdırmalara rəsmən start verilib. Xatırladaq ki, bir neçə gün əvvəl də belə bir informasiya yayılmışdı və hətta Eldar Həsənovun diplomatik missiyasına xitam veriləcəyi də iddia olunurdu. Amma bunlar baş vermədi. Qeyd edək ki, belə bir qərarın elanının hansı nəticələrə gətirib çıxaracağını təxmin etmək o qədər də çətin deyil. Bu barədə danışan mənbəmiz isə bildirir ki, Eldar Həsənovu bundan sonra müəmmalı aqibət gözləyir: «Bu aqibətin necəliyi daha çox hadisələrin inkişaf axarından asılıdır». Onu da xatırladaq ki, əvvəlki məlumatlarda seçkilərin yola verilməsinin gözlənildiyi söylənilirdi. İndi isə seçki günündən az qala iki aya yaxın vaxt keçir. Həbslər davam etsə də, proseslə bağlı ictimaiyyətə geniş izahat verilmir ki, bu da şaiyə həvəskarlarının bazarını genişləndirməkdədir. Məsələ ilə əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq… Geri qayıt |