Əsas Səhifə > Gündəm, Manşet > ZAQATALADAN NAZİRƏ HƏYƏCAN DOLU MƏKTUB

ZAQATALADAN NAZİRƏ HƏYƏCAN DOLU MƏKTUB


29-11-2013, 11:52
ZAQATALADAN NAZİRƏ HƏYƏCAN DOLU MƏKTUB
MƏKTƏBLƏRDƏ TƏHSİLİN YOXLUĞU, UŞAQLARI TƏRİQƏTLƏRƏ MEYİLLƏNDİRİR

DİA.AZ: - Mikayıl Cababrova Zaqatala təhsili ilə bağlı giley-güzar var. DİA.AZ-a daxil olan müraciətdən aydın olur ki, rayon sakinləri artıq problemi o həddə görürlər ki, Mikayıl Cabbarovdan dəstək belə istəmək zorunda qalıblar.

Zaqatala rayonundan DİA.AZ-a daxil olan məlumata görə, Habil Qurbanov rayon Təhsil Şöbəsini sözün əsl mənasında bazara çevirib. Sakinlərin şikayət məktubunda deyilir: “Həm də YAP-ın yerli təşkilatının sədri olan H.Qurbanov siyasi nüfuzundan sui-istifadə edərək heç kimə məhəl qoymur, rayon təhsilini viran qoymaqla məşğuldur. Belə ki, o, dövlət tərəfindən ayrılmış dərs ləvazımatlarını şagirdlərə satdırır. Halbuki həmin dərs vəsaitləri dövlət tərəfindən pulsuz olaraq şagirdlərə verilməlidir.

Bunlar bir yana. Bu gün Zaqatala orta məktəblərində həmin dərsliklər gərəksiz bir ləvazimata çevrilib. Yəni müəllimlər məktəbdə təhsil vermilər. Elə bir şərait yaradılıb ki, hər bir şagird – təbii ki, oxumaq istəyirsə, o zaman öz pulu ilə müəllim yanına getməlidir”.

Sakinlər bildirir ki, əslində həmin müəllimlər elə orta məktəbdə çalışan müəllimlərdir: “Yəni problem müəllimlərdə deyil. Iş Habil Qurbanovdadır. Müəllimlər deyir ki, onlardan “təhsil şöbəsinin müdirinə çatacaq” deyə hər ay 30-50 manatdan pul yığılır. Və deyirlər ki, onlar da bu pulu qazanmalıdırlar. Nəticədə orta məktəblərdə dərs keçilmir. Yəni kasıbların uşaqları məcbur qalırlar ki, özləri nəsə öyrənsinlər. Imkanı olanlar isə müəllim tutmaq zorundadırlar”.

DİA.AZ-a şikayət edən Zaqatala sakinləri bildirir ki, onlar təhsil naziri Mikayıl Cabbarova müraciət hazırlayırlar: «Müraciətimizi bütün kəndlərin sakinləri adından hazırladığımızdan imzatoplama kampaniyasına başlamışıq. Birinci təklifimiz müəllimlərin maaşlarının artırılması ilə bağlıdır. Yəni onların ehtiyaclarını dövlət qarşılasın ki, biz də dövlətin pulsuz elan etdiyi təhsillə övladlarımızı maarifləndirək.

İkinci təklifimiz isə Zaqatala təhsil sistemində kadr islahatlarının aparılması ilə bağlıdır. Əks halda, bu rayondan savadlı adamın çıxması nadir hadisəyə çevriləcək».

Sakinlər sonda bir maraqlı faktı da açıqlayıblar: «Bu gün Zaqatalada müxtəlif dini təriqətlər fəallaşıblar. Məktəbə marağı olmayan uşaqlar dinə meyillənirlər. Çünki həmin təriqətlər pul istəmirlər, əksinə pul verirlər. Bu isə Azərbaycan dövləti üçün ciddi və diqqət yetirilməsi vacib olan məsələdir».

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt