Əsas Səhifə > Siyasət, Manşet > ZAKİR HƏSƏNOVDAN DAHA BİR OLDUQCA PEŞƏKAR GEDİŞ

ZAKİR HƏSƏNOVDAN DAHA BİR OLDUQCA PEŞƏKAR GEDİŞ


29-11-2013, 10:50
ZAKİR HƏSƏNOVDAN DAHA BİR OLDUQCA PEŞƏKAR GEDİŞ
YENİ NAZİR SƏFƏR ƏBİYEVİN ƏN YAXIN ADAMINA GÖRÜN NECƏ CAVAB VERİB

DİA.AZ: - «Müdafiə Nazirliyində köhnədən qalan bəzi generallar maraqlı əndişə keçirir». Bu məlumatı DİA.AZ-a çatdıran mənbə bildirir ki, Zakir Həsənovun gəlişindən sonra aparılan total kadr islahatları nazirlikdə çalışan əksər işçilərdə təlaş yaradıb ki, burada qəribə olanları da var.

Mənbənin söylədikləri: «Məlumdur ki, Zakir Həsənov hansısa intriqa ilə yox, konkret plan istiqamətində islahat aparır. Doğrudur, bəzi dairələr elə bir təəssürat yaratmağa çalışırlar ki, guya yeni nazir Nəcməddin Sadıqovun təsir dairəsi altındadır və baş verən islahatlar da onun məsləhəti ilə həyata keçirilir.

Təbii ki, bu, kökündən yanlışdır. Ən azından unutmaq lazım deyil ki, Zakir Həsənov müdafiə nazirliyinə havadan düşməyib və hərbi sistemi kifayət qədər gözəl bilir. Və təkcə daxili işlər nazirliyi sistemində deyil, müdafiə nazirliyi sistemində çalışan peşəkarları da yaxşı tanıyır.

Sadəcə olaraq, nazirliyin və ordunun bəzi kadrları var ki, onlar da narahatçılıq keçirirlər. Hətta onların arasında zamanında Səfər Əbiyevlə dostluq münasibətində olan bir tanınmış fiqur da var. O, ilk günündən vəzifəsindən alınacağını gözləyirmiş. Amma Zakir Həsənov belə bir addımı atmayıb.

Hətta bunun səbəbini yeni nazirə yaxın olan bir başqa şəxsdən soruşub. Ona çox ilginc cavab verilib. Nazir adından bildirilib ki, o, bir mütəxəssisdir və Zakir Həsənov kimin kiməsə münasibəti əsasında heyət formalaşdırmır. Hər halda, bu çox ciddi məqamdır».

DİA.AZ bildirir ki, həmin yüksək rütbəli MN əməkdaşının kimliyi redaksiyamıza məlumdur və yaxın vaxtlarda onun özünün münasibəti ilə birgə kimliyini də diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt