Əsas Səhifə > Hadisə > ELŞAD ABDULLAYEVİN DAHA BİR KEÇMİŞ İŞÇİSİ YAXALANDI
ELŞAD ABDULLAYEVİN DAHA BİR KEÇMİŞ İŞÇİSİ YAXALANDI29-11-2013, 10:20 |
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq müəllimi həbs edilib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, Göyçay rayon sakini, 1970-ci il təvəllüdlü Afaq Rafiq qızı İbrahimova tutularaq istintaqa təhvil verilib. Polisdən həmçinin bildirilib ki, A. İbrahimova əvvəllər ABU-da çalışıb. Xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən A. İbrahimovanın həbsinin ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı olub-olmadığı məlum deyil. Geri qayıt |