Əsas Səhifə > Ölkə, Manşet > BƏRDƏDƏ HAKİMİYYƏT DAVASI BAŞA ÇATMAQDADIR

BƏRDƏDƏ HAKİMİYYƏT DAVASI BAŞA ÇATMAQDADIR


28-11-2013, 16:10
BƏRDƏDƏ HAKİMİYYƏT DAVASI BAŞA ÇATMAQDADIR
VİDADİ İSAYEVİN YOLA SALINACAĞI DEYİLİR

DİA.AZ: - Bir neçə ay əvvəl İlham Əliyev Bərdədə olarkən sözügedən rayonun icra başçısı üçün heç də arzuolunan hesab edilməyəcək bir hadisənin yaşandığı haqda yerli mətbuatda yetərincə bilgilər verildi. Belə ki, səfər çərçivəsində Ağdam qaçqınları üçün yenicə inşa edilmiş şəhərciyin açılışında iştirak edən dövlət başçısı Bərdənin icra başçısından narazı qalıb. Hətta onu sərt şəkildə tənqid də edib. Və bildirilirdi ki, bu məsələ ilə əlaqədar icra başçısı Vidadi İsayev tənbeh də olunub.

Bu hadisədən sonra rayonda Vidadi İsayevin icra başçısı vəzifəsindən azad olunacağına dair məlumatlar intensiv şəkildə yayılmağa başlayıb. Hətta icra başçısının prezident semkilərindən sonra sərəncamının veriləcəyini də gözləyənlər var idi. Amma sonradan hər şey alt-üst oldu. Seçki prosesi geridə qaldığından, Vidadi İsayevin gedişini arzulayanların ümidləri də boşa çıxmış hesab olundu. Lakin DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, hələ də Vidadi İsayevin gedişini istəyənlərn hərəkətdədirlər və bu iş üçün gərgin əmək sərf edirlər.

İnlardan birinin isə Vidadi İsayevin müavini Fəqət Şadlinskaya olduğu hər kəsə məlumdur. Çünki Fəqət Şəkinskayanın buna qədər də başçı ilə ədavətdə olması haqda məlumatlar yayılmışdı

Redaksiyamıza rayondakı qaynaqlar tərəfindən verilən məlumatlardan belə anlaşılır ki, Vidadi İsayevin gedişinə tədarük görən qüvvələr Bakıda danışıqlar aparırlar: «Əslində icra başçısının «vurulacağı» xəbəri bütün Bərdədə yayılıb. Ya məqsədli şəkildə bu xəbəri yayırlar, ya da həqiqətən də bu belədir. Amma icra hakimiyyətində belə bir söhbət gedir ki, Fəqət Şəkinskaya artıq rayona icra başçısı gələ bilməsi üçün Bakının razılığını alıb».

Bərdədəki mənbəmiz onu da əlavə etdi ki, Vidadi İsayevin yaxın adamlarından da buna inananlar kifayət qədərdir: «Ola bilsin ki, hələlik şaiyə şəklində danışılanlar həqiqətən də reallığı ifadə edir».

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt