Əsas Səhifə > Hadisə > “BİZİM EVİMİZDƏ NAMAZ QILAN OLMAYIB”

“BİZİM EVİMİZDƏ NAMAZ QILAN OLMAYIB”


6-02-2012, 11:38
“BİZİM EVİMİZDƏ NAMAZ QILAN OLMAYIB”

ZAUR ASLANOVUN QARDAŞI DANIŞDI

Pakistanda öldürülən azərbaycanlı mücahid Zaur Aslanov 3 il əvvəl Azərbaycanı tərk edib.

Bu barədə APA-ya açıqlamasında onun qardaşı Rüstəm Aslanov məlumat verib. R. Aslanovun sözlərinə görə, qardaşı Azərbaycanı tərk edəndən 7-8 ay sonra evə zəng edib Türkiyədə olduğunu bildirib: “Zaur 2009-cu il martın 25-də evdən çıxıb. O, hara gedəcəyi barədə ailə üzvlərinə heç nə deməyib. Bir xəbər çıxmadığından bir neçə aydan sonra polisə məlumat verdik. Həmin vaxtdan polis onu itkin düşmüş şəxs kimi qeydiyyata aldı. Lakin evdən gedəndən 7 ay sonra qardaşım bizə zəng edib dedi ki, Türkiyədədir, işləyir, narahat olmayaq. Biz onun sağ-salamat olduğunu biləndən sonra yenidən polisə məlumat verdik, barəsində axtarış dayandırıldı”.

Qardaşı Z. Aslanovun 3 uşaq atasını olduğunu deyib: “Zaur ailəli idi və üç övladı var. Hər beş-altı aydan bir evə zəng edərdi, övladları ilə danışardı. Sonuncu dəfə ötən ilin dekabrında zəng eləmişdi. İşləyib pul qazanacağını, tezliklə evə qayıdacağını deyirdi”.

Ailə üzvləri Z. Aslanovun hansısa radikal dini qruplaşmaya qoşulub-qoşulmadığından xəbərsiz olublar: “Bizim evimizdə namaz qılan olmayıb. Zaur evi tərk etməzdən 3-4 ay əvvəl namaza başlamışdı. Üzü həmişə r tüklü olardı. Onda dinə və hər hansı radikal təriqətə ifrat meyllilik hiss etməmişdik”.

R. Aslanov qardaşının taleyinə aydınlıq gətirilməsi ilə üçün Xarici İşlər Nazirliyinə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, Pakistan hərbçilərinin bir neçə gün əvvəl Reşavər bölgəsində “Əl-Qaidə” təşkilatının yaraqlılarına qarşı keçirdikləri əməliyyat zamanı 1-i azərbaycanlı olmaqla, 6 nəfər öldürülüb. “Kurram” agentliyinin yaydığı məlumata görə, öldürülən azərbaycanlı mücahidin üzərində sənədi olub. Sənəddən bəlli olub ki, Pakistan hərbçiləri tərəfindən öldürülən “Əl Qaidə” silahlısı Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Zaur Aslanovdur. Z. Aslanovun silahlı qrupun aparıcı komandirlərindən olduğu bildirilib.


Geri qayıt