Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇILARINI YAXINDA GÖZLƏYƏN “QİYAMƏT GÜNÜ”

İCRA BAŞÇILARINI YAXINDA GÖZLƏYƏN “QİYAMƏT GÜNÜ”


28-11-2013, 11:32
İCRA BAŞÇILARINI YAXINDA GÖZLƏYƏN “QİYAMƏT GÜNÜ”
KİMLƏR BU ƏLƏMƏDƏN KEÇƏ BİLMƏYƏCƏK: BUNU BİR NEÇƏ GÜNƏ BİLƏCƏYİK

DİA.AZ: - Redaksiyamıza daxil olan məlumatlara görə, bəzi rayon rəhbərlərinə Prezident Administrasiyası tərəfindən ciddi xəbərdarlıq edilib və bildirilir ki, məlum xəbərdarlığa səbəb bu ilin 12 fevral tarixində prezidentin icra başçılarına təpinməsi, bir sıra rayon icra başçılarına isə özlərini doğrulda bilmələri üçün konkret vaxtın qoyulması göztərilir.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, həmin rayonlarda gözləntilərin doğrulmaması birbaşa icra başçılarının yarıtmazlığı, işlərini düzgün qura bilməmələri və əhali ilə işləməyin yolunu tapmamasının nəticəsi kimi qiymətləndirilib. Lakin ortada qərar da var konkret olaraq hakimiyyətin imtinaya hazırlaşdığı rayonların siyahısı müəyyənləşdirilib. Bu siyahıda adları olan rayonların icra başçılarından ciddi hesab sorulacağı və onların cəzalandırılacağı qaçılmazdı.

Redaksiyamıza gələn məlumatlarda o da bildirilir ki, yaxın günlərdə Prezident Administrasiyasında icra başçılarının iştirakı ilə daha bir toplantı keçiriləcək. Orada rayonlar üzrə yerlərdəki durum təhlil olunaraq, kimlərsə ödülləndiriləcək, kimlərsə ciddi cəzalandırılacaq. Məlumatlı qaynaqların sözlərinə görə, cəza növü kimi isə həmin icra başçılarının vəzifədən çıxarılması nəzərdə tutulur.

Vəzifələrini itirəcəklərini təxmin edən bir sıra rayonların icra başçıları Prezident Administrasiyasındakı “qiyamət günü”ndə qəzəbdən qurtulmaq üçün yollar axtarırlar...

Geri qayıt