Əsas Səhifə > Sosial, Manşet > ZAKİR FƏRƏCOV DA BAKI MERİ OLMAQ İSTƏYİRMİŞ

ZAKİR FƏRƏCOV DA BAKI MERİ OLMAQ İSTƏYİRMİŞ


28-11-2013, 10:27
ZAKİR FƏRƏCOV DA BAKI MERİ OLMAQ İSTƏYİRMİŞ
8 İLDİR ABŞERONA RƏHBƏRLİK EDƏN İCRA BAŞÇISINI TƏRPƏDƏ BİLMƏDİLƏR

DİA.AZ: - Redaksiyamıza Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı maraqlı bir məlumat daxil olub. Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, artıq 8 ildir ki, Abşerona rəhbərlik edən Zakir Fərəcovu yerindən tərpətmək istəsələr də, icra başçısı özünün himayədarları hesabına yenidən postunu qorumağa müvəffəq olub.

Mənbə bildirir ki, konkret olaraq hakimiyyətiçi qruplaşmalardan birinə güvənən Zakir Fərəcovun əslindən vəzifəsindən birdəfəlik alınması deyil, başqa bir rayonun rəhbərliyinə göndərilməsi təklifi olub:

«Amma buna baxmayaraq Abşeronu əldən vermək istəməyən Zakir Fərəcov «yuxarıdakı» adamlarına sığınıb və onların dəstəyiylə mövqelərini qoruya bilib».

Məlumatı verən qaynaq bildirir ki, Zakir Fərəcov Abşerondan yalnız Bakı şəhər icra hakimiyyətinin başçısı postuna gedə biləcəyini deyib: «Yəni Fərəcov bildirib ki, yalnız Hacıbala Abutalıbovun yerin gedə bilər. Amma ona Suraxanı rayon icra hakimiyyətinin başçısı postu təklif edilib. Bununla da Zakir Fərəcov rədd cavabı verib».

Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt