Əsas Səhifə > Siyasət, Manşet > TEHRAN YENƏ DƏ AZƏRBAYCANI HƏDƏLƏMƏYİNDƏDİR

TEHRAN YENƏ DƏ AZƏRBAYCANI HƏDƏLƏMƏYİNDƏDİR


28-11-2013, 10:05
TEHRAN YENƏ DƏ AZƏRBAYCANI HƏDƏLƏMƏYİNDƏDİR
ƏNƏNƏ HALINI ALIB: ÜSTÜMÜZƏ FARS NÖKƏRİ OLANLARI GÖNDƏRİRLƏR

DİA.AZ: - Artıq İranın ayrı-ayrı simalarının Azərbaycana hədə dolu bəyanatlar yağdırması bir ənənə halını alıb. Ən acınacaqlı olanı isə odur ki, fars-molla rejimi adından üzərimizə gələnlərin böyük əksəriyyəti bu gün «İran» adlanan məkanda dil, mədəniyyət, dövlət haqqı mənimsənilən, həqarət olunan soydaşlarımız - Azərbaycan türkü olanlardır.

Belə bir hədəni Ərdəbilin deputatı da ünvanımıza yönəldib. DİA.AZ olaraq molla mətbuatında yer alan həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

«Ərdəbilin İran parlamentindəki deputatı Kəmaləddin Pirmüəzzin BülletenNewsun parlament jurnalisti ilə müsahibədə "İmam Hüseynın (ə) əgər dininiz yoxdursa, ən azı azadlıq sevən olun" buyruğunu bəyan edərək deyib: Son vaxtlar Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından biri Hüseyn Quliyev sərhəd problemləri bəhanəsi ilə utanmadan və üzlülüklə iranlıları yezidi adlandırıb. Halbuki zəmanənin yezidiləri onlardırlar ki, məhərrəm aynda şərabxor Yezidin üsulunu öz əməllərinə meyar götürür və utanmadan və ədəbsizliklə Gəncədə şərab festivalı keçirir və o diyarın şiələrinin inciməsinə səbəb olurlar .

Kamal Pirmüəzzin əlavə edib: Yezidlər onlardırlar ki, beynəlxalq imperializmin zülmünün altına girib və müsəlmanların əsas düşməni olan sionist rejim üçün qırmızı xalça sərirlər .

Ərdəbilin Parlamentdəki deputatı əlavə edib: Biz ümumilikdə iranlılar və xüsusilə azəri dilli iranlılar məsuliyyətli şəkildə və həmişə Azərbaycan Respublikasının əhalisinin xidmətində olmuş, hazırda da hər gün bizim peşəkar həkimlərimiz çox aşağı qiymətlə Ərdəbil və Təbrizdə o diyarın xəstələrini müalicə etməklə məşğuldur və dərhal ucuz qiymətə dərmanlar onların ixtiyarına verilir .

Pirmüəzzin Azərbaycan Respublikası rəsmilərinə xitabən əlavə edib: Dərd və dərman öz əlinizdədir, ədəbli olun, problem yaratmayın və İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi İran hökumətinin qəhrəmancasına yumşaqlıq siyasətindən qaynaqlanan bu dəyərli fürsətdən və İranın ölkələrlə, xüsusilə də qonşu ölkələrlə səmimi əməkdaşlıq prinsipindən faydalanın .

Pirmüəzzin İran xalqına hörmətsizlik edənlərə xitabən deyib: Siz İranın böyük xalqına hörmətsizlik etməkdən də kiçiksiniz. Dünyanın islam sivilizasiyalı İrana hörmətsizlik etmək haqqı yoxdur və hazırda İranın əzəməti və zəkalı rəhbərliyi və iranlıların təbii haqqı qarşısında diz çöküblər».

Geri qayıt