Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ NAZİR AZƏRBAYCANI TƏRK ETMƏ YOLUNDA

KEÇMİŞ NAZİR AZƏRBAYCANI TƏRK ETMƏ YOLUNDA


28-11-2013, 09:14
KEÇMİŞ NAZİR AZƏRBAYCANI TƏRK ETMƏ YOLUNDA
ƏLƏKBƏROVLAR OBYEKTLƏRİNİ, EVLƏRİNİ SATIŞA ÇIXARIB: ÜMİDSİZLİK

DİA.AZ: - Məmurların, ümumiyyətlə, tanınmışların əllərindəki sərvət barədə bilgilər cəmiyyət üçün hər zaman maraqlı olub. Xüsusən də bizlərdə özgəsinin pulunu saymağa həvəsin güclü olduğu bir halda. Biz də bu marağı nəzərə alaraq redaksiyamızın əməkdaşının əldə etdiyi maraqlı bir məlumatı diqqətinizə təqdim etmək istəyirik.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, 22 oktyabr tarixində əmək və əhalinin sosial müdafiəsi naziri postundan alınan Fizuli Ələkbərov artıq başqa bir vəzifəyə gətirilmə ehtimallarından da əlini üzdüyündən çıxış yolları aramağa başlayıb.

Məlumatı verən mənbə iddia edir ki, Fizuli Ələkbərov və onun qardaşları Azərbaycandan getməyi planlasalar da, onların bizneslərinin əsas ünvanları olan Rusiyada qeyri-münasib şəraitin yaranması Ələkbərov qardaşlarının «İmproteks» şəbəkəsini Azərbaycandan Rusiyaya köçürmə niyyətini əngəlləyib.

Mənbənin söylədikləri: «Qardaşlarda Rusiyaya həm özlərinin köçmələri barədə və həm də bizneslərini köçürmə barədə ideya olsa da, Rusiyada cərəyan edən olaylar və əoəoxüsus da antiAzərbaycan ovqatı Ələkbərovları düşünməyə vadar edib. Amma buna rəğmən Ələkbərovlar Azərbaycandan getmə qərarında israrlıdırlar».

Mənbə iddia edir ki, elə buna görə də, Fizuli Ələkbərovun İsmayıllıda icra başçısı olmuş qardaşı Nizami Ələkbərov (o, 1995-2000-ci illərdə Mingəçevirdən deputat olub) özünün və ailə üzvlərinin adına olan bir sıra obyektlərin, həmçinin Bakıda 4 mənzilin satışa çıxarılması barədə əmlakçılara müraciət edib».

Məlumatı verən qaynaq bildirir ki, Nizami Ələkbərovun bu addımı bəzi dairələr tərəfindən müxtəlif şəkildə yorumlanmaqdadır: «Amma nahaq yerə. İddia edirlər ki, guya Ələkbərovların pulları qurtardığından bu addımı atıb. Amma daha fərqinə varmırlar ki, satışa çıxarılan evlərin ümumi qiymətindən qat-qat artıq dəyərdə olan mal Ələkbərovların təkcə bir dükanında satışa çıxarılıb».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Bu gün Ələkbərovların 2 milyarda yaxın varidatı var. Yəni belə bir imkana malik bir ailənin ehtiyac içindən hansısa obyektini və yaxud da mənzilini satışa çıxarması inandırıcı deyil. Yəni iş onların ölkədən getmə niyyətlərilə bağlıdır».

Geri qayıt