Əsas Səhifə > Siyasət, Manşet > FAZİL MƏMMƏDOV YENİ DALĞANIN ƏSAS HƏDƏFİ OLACAQ

FAZİL MƏMMƏDOV YENİ DALĞANIN ƏSAS HƏDƏFİ OLACAQ


27-11-2013, 11:51
FAZİL MƏMMƏDOV YENİ DALĞANIN ƏSAS HƏDƏFİ OLACAQ
HAKİMİYYƏT KORRUPSİYA İLƏ MÜBARİZƏDƏ YENİ SEZONU AÇMA YOLUNDA

DİA.AZ: - Hələ keçən ilin sonlarında prezident İlham Əliyev tərəfindən korrupsiyaya qarşı mübarizə ilə bağlı 3 illik fəaliyyət proqrammı təsdiqləndi. Doğrudur, bu proqramın təsdiqindən sonra korrupsiyaya qarşı mübarizə müstəvisində o qədər də səs-küy yaradan hadisə müşahidə olunmasa da, məsələnin kökündə fərqli məqamların dayandığı anlaşılır. Bu barədə DİA.AZ-ı Nazirlər Kabinetindəki etibarlı mənbəmiz məlumatlandırıb.

Qaynaq iddia edir ki, əslində korrupsiyaya qarşı mübarizədə əsas mərhələ hələ əvvəlindən prezident seçkilərindən sonraya hesablanıb: «Həm seçki ili olduğundan və həm də aparılacaq prosesin hakim düşərgədə fərqli qəbul olunma ehtimalının yüksək olması səbəbindən antikorrupsiyanın növbəti dalğası seçkidən sonraya ertələnmişdi».

Artıq seçkilər geridə qalıb. Və bunu xatırladan mənbəmiz bildirir ki, gələn ilin əvvəlindən etibarən korrupsiya ilə mübarizənin yeni mərhələsi start götürür: «Bu dəfə «toxunulmaz» hesab olunan bir neçə dövlət qurumu ilə bağlı ciddi tədbirlər görüləcək. Söhbət son illərdə iş adamlarının çökdürülməsində əsas alətlərdən biri kimi diqqətə gələn vergilər nazirliyindən gedir».

Məlumatı verən mənbə iddia edir ki, hazırda nazirliyin iki əməkdaşı ilə bağlı ciddi ittihamlar mövcuddur: «Doğrudur, bu məsələnin ictimailəşdirilməsinə bir o qədər də «maraq göstərilməsə» də, gələn ildən etibarən konkret addımlar atılacaq. Və hətta ola bilsin ki, həbs olunanlar da olsun və həbs olunanların sırasına rəhbər vəzifə tutanlar da qatılsın».

Məlumatı verən mənbə onu da bildirdi ki, daha bir neçə dövlət qurumu ilə bağlı da yekun qərarın verilməsi gözlənilir.

Geri qayıt