Əsas Səhifə > Hadisə > BAKIDA 2 BAŞKƏSƏN TUTULDU

BAKIDA 2 BAŞKƏSƏN TUTULDU


27-11-2013, 10:31
BAKIDA 2 BAŞKƏSƏN TUTULDU
ONLAR "QURBANLARINI" BU HƏDƏ İLƏ QARƏT EDİRMİŞLƏR

Bakıda quldurluq edən 2 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 8-i saat 00:30 radələrində Ziya Bünyadov prospektində naməlum şəxslər Bakı şəhər sakini İsmət Xudaquliyevin boğazına bıçaq dirəməklə pulunu və 2 ədəd mobil telefonunu alaraq qaçıblar.

Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər - əvvəllər məhkum olunmuş Ruslan Səfərov və Şamxal Məmmədov tutulublar.

Geri qayıt