Əsas Səhifə > Siyasət, Manşet > ŞOK GƏLİŞMƏ: İQTİDAR DAXİLİNDƏ YENİ SİLKƏLƏNMƏ

ŞOK GƏLİŞMƏ: İQTİDAR DAXİLİNDƏ YENİ SİLKƏLƏNMƏ


27-11-2013, 09:47
ŞOK GƏLİŞMƏ: İQTİDAR DAXİLİNDƏ YENİ SİLKƏLƏNMƏ
ELŞAD ABDULLAYEV KARTINDAN FƏRQLİ AMPLUADA İSTİFADƏ OLUNACAQ

DİA.AZ: - Azərbaycan hakimiyyəti daxilində yenidən silkələnmələr müşahidə olunmaqdadır. Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, son prezident seçkilərindən narazı qalan iqtidariçi qüvvələr yenidən hərəkətə keçiblər. Hədəfdə isə seçkiyə qədər əldə etdikləri uğurlu mövqelərin bərpası və həlledici qələbənin təminatıdır.

Bununla bağlı danışan mənbəmiz bildirir ki, bu gün iqtidar daxilində çəkişən tərəflərin əsas maraq toqquşmalarından biri məhz keçmiş ABU rektoru Elşad Abdullayevlə bağlı müstəvidə cərəyan etməkdə idi: «Məlum idi ki, Elşad Abdullayev təsadüfi olaraq meydana atılmamışdı. Hər halda, onun kimi xarakterik keyfiyyətlərə malik olan şəxsin təbii yolla qəhrəmana çevrilməsi gözlənilən deyildi.

Və bu gün Elşad Abdullayevin Bakıdakı bəzi dairələr tərəfindən ciddi şəkildə müdafiə olunması da nəzərdən yayınmamaqdadır.

Əslində Elşad Abdullayev kimi fiqurlar əllərində olan imkanlarının itirilməməsi üçün bütün güzəştlərə hazırlıqlı olurlar. Amma Elşad Abdullayev nə etdi? Hətta Azərbaycanda varidatının əldən çıxma təhlükəsinin olduğunu bilə-bilə nəinki Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi, bütünlükdə olaraq hakimiyyətin özünü belə hədəfə alma «cəsarətini» ortaya qoydu».

Məhz bu məqamın üzərində ciddi düşünməyin gərəkdiyini bildirən mənbəmiz maraqlı bir faktı da açıqladı: «Elşad Abdullayev məsələsi heç də bitməyib. Və ondan yenə də istifadə olunması planlaşdırılır. Bu dəfə Elşad Abdullayev gizli videoçəkilişlərdən daha çox, bəzi nüfuzlu məmurların cəmiyyət üçün qaranlıq olan həyat tərzləri, yaşantıları, başlarına gələn olaylar barədə faktları açıqlayacaq.

Artıq bu yöndə Bakıda müəyyən tədarüklər getməkdədir. Və hətta elə bir şərait yaradılacaq ki, Elşad Abdullayev Bakıda bu gün baş verən gizli hadisələrin «ən etibarlı mənbəsi» kimi də tanıtdırılacaq. Ondan ikinci dalğada «etibarlı mənbə» kimi istifadə olunub, yenidən xof yaradılacaq ki, bunun da nəticəsində daha bir neçə tanınmış fiqurun qələminin birdəfəlik qırılması gözlənilir».

Xatırladaq ki, Elşad Abdullayev rüzgarının ilk əsdiyi vaxtlarda Gülər Əhmədova kimi tanınmış YAP-çının üstündən birdəfəlik xətt çəkildi, onlarla məmur işdən atıldı, Sevinc Babayeva müəmmalı şəkildə dünyasını dəyişdi və s. Bu gün isə Elşad Abdullayevin yenidən aktivləşdiriləcəyi söylənilir.

Geri qayıt