Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISININ OĞLU PREZİDENTİN MÜHAFİZƏ XİDMƏTİNİ HEYRƏTLƏNDİRDİ

İCRA BAŞÇISININ OĞLU PREZİDENTİN MÜHAFİZƏ XİDMƏTİNİ HEYRƏTLƏNDİRDİ


27-11-2013, 08:54
İCRA BAŞÇISININ OĞLU PREZİDENTİN MÜHAFİZƏ XİDMƏTİNİ HEYRƏTLƏNDİRDİ
Bu yaxınlarda redaksiyamıza Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu ilə bağlı çox ilginc məlumat daxil olub. Mənbənin bildirdiyinə görə icra başçısının oğlu “Exeliyor” hotelinə idman etməyə gəlir. Mənbənin şahidi olduğu hadisə bu yaxınlarda baş verib. Məlumatda deyilir ki, prezidentin təhlükəsizlik xidmətinin əməkdaşı Rabo adlı şəxs də “Exeliyor” hotelinin idman zalında məşq edir və bu yaxınlarda məşqdən çıxarkən görüb ki, cavan bir oğlan uzun bir kortejin müşayiəti ilə idman zalına gəldi.

Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşı Rabodan fərqli olaraq cavan oğlanı xeyli şəxs müşaiyət edir. Hər ehtimala qarşı ölkə başçısının təhlükəsizlik xidmətinin əməkdaşı Rabo soruşub ki, ay oğul, sən kimsən, hansı vəzifədə işləyirsən..?
Cavan oğlan cavab verib ki, Sabunçunun icra başçısı Adil Vəliyevin oğluyam və atam istefa verəndən sonra “Porşe” satış salonuna rəhbərlik edirəm… \ qafqaznews \
Sənan Məmmədli

Geri qayıt