Əsas Səhifə > Hadisə > DİN-DƏ DƏYİŞİKLİK
DİN-DƏ DƏYİŞİKLİK1-02-2012, 15:17 |
RAMİL USUBOV KADR İSLAHATLARI HƏYATA KEÇİRİB Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə Yardımlı rayon polis şöbəsinin rəisi Şamil Seyidli Ağcabədi rayonuna rəis təyin edilib. Ağcabədi rayon polis şöbəsinin rəisi Təhmasib İbrahimov isə Beyləqan rayonuna rəis təyin olunub. Suraxanı rayon 30-cu polis bölməsinin rəisi Fəqan Azadəliyev Yardımlı rayonuna rəis təyin edilib. Gədəbəy rayon polis şöbəsinin rəisi Şirzad Əsgərov Göygöl, Göygöl rayon polis şöbəsinin rəisi Məhərrəm Quliyev isə Gədəbəyə rəis göndərilib. Geri qayıt |