Əsas Səhifə > Hadisə > ZİYA MƏMMƏDOV XƏBƏRDARLIQ EDİR
ZİYA MƏMMƏDOV XƏBƏRDARLIQ EDİR1-02-2012, 13:53 |
İCAZƏSİZ TAKSİLƏR MAYIN 1-DƏK LƏĞV OLUNACAQ Azərbaycanın Nəqliyyat Nazirliyi mayın 1-dək Bakıda icazəsiz işləyən bütün taksiləri ləğv edəcək. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Belə qərar nazirliyin kollegiya iclasında qəbul edilib. Həsənovun sözlərinə görə, Bakıda icazəli taksilərin ümumi sayı beş min ədəd təşkil edir ki, bunun min ədədi "Baku Taxi Company" şirkətinin London Taxi TX4 markalı avtomobillərinin, 4 mini isə başqa avtomobillərin payına düşür. Bundan başqa, gələcəkdə Bakıda London Taxi TX4 avtomobillərinin ümumi sayının üç min ədədədək çatdırılması planlaşdırılır. Geri qayıt |