Əsas Səhifə > Ölkə, Manşet > ABİD ŞƏRİFOV BAŞ NAZİR OLA BİLƏR

ABİD ŞƏRİFOV BAŞ NAZİR OLA BİLƏR


1-02-2012, 13:36
ABİD ŞƏRİFOV BAŞ NAZİR OLA BİLƏR

«VURULACAĞI» HAQDA MƏLUMATLAR YAYILSA DA, O, VƏZİFƏDƏ YÜKSƏLƏCƏK

DİA.AZ: - Son zamanlar yola salınacı haqda məlumatların intensivləşməsinə baxmayaraq redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, baş nazirin müavini Abid Şərifov daha yüksə vəzifəyə təyin edilə bilər. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını bilgiləndirən mötəbər qaynağa görə, Abid Şərifov hakim düşərgədə çox ciddi etimad sahibi olmaqla yanaşı, o, həmçinin prezident komandasının tərkibindədir.

Qeyd edək ki, İlham Əliyevin prezident kürsüsünə keçidindən sonra hakimiyyət içində köhnələrlə yenilər arasında bir çəkişmə ab-havası müşahidə olunmağa başladı. Tədrici olaraq yeni kadrları hakim elitaya daxil edən İlham Əliyev bu gün sırf olaraq heç bir qruplaşmaya aid olmayan ciddi məmur ordusuna malikdir. Və bildirilir ki, Abid Şərifov da prezident komandasında təmsil olunma fürsəti əldə edənlərdən biridir.

Redaksiyamıza daxil olan məlumatlara görə, Abid Şərifovun baş nazir postuna gətirilməsi planı mövcuddur. Xatırladaq ki, son zamanlar elə Artur Rəsizadənin də mövqelərinin zəiflədiyi, onun «Avroviziya-2012» mahnı yarışmasına qədər vəzifə ömrünün qaldığı haqda məlumatlar yayılır. Mənbəmiz bildirir ki, Artur Rəsizadənin gedişi ilə bağlı qəti qərar verilib və onun yerinə gözlənilənlərin əksinə olaraq Abid Şərifov təyin ediləcək. Yəni bu o deməkdir ki, baş nazirin müavini köhə eşalon təmsilçisi hesab olunsa da, yeni komandada özünə yer edə bilib.

Redaksiyamızın əldə etdiyi məlumatlardan o da aydın olur ki, bu günə qədər Artur Rəsizadənin yerinə göz dikən digər oliqarx-məmurlar da artıq bu plandan xəbərdardırlar: «Qəti qərar verildiyindən həm də demək olar ki, artıq baş nazirlik uğrunda mübarizəyə son qoyulur».


Geri qayıt