Əsas Səhifə > Gündəm, Manşet > ŞƏKİDƏ DƏ BÜDCƏ VƏSAİTİ KOR-KORANƏ MƏNİMSƏNİLİB

ŞƏKİDƏ DƏ BÜDCƏ VƏSAİTİ KOR-KORANƏ MƏNİMSƏNİLİB


26-11-2013, 11:17
ŞƏKİDƏ DƏ BÜDCƏ VƏSAİTİ KOR-KORANƏ MƏNİMSƏNİLİB
ELXAN USUBOVA MALİYYƏ SƏNƏDLƏRİNİ DÜZƏLTMƏSİ ÜÇÜN VAXT VERİLİB

DİA.AZ: - İlin yekunları ilə bağlı ayrı-ayrı rayonların icra hakimiyyətlərinin maliyyə hesabatlarında ciddi qanun pozuntularının aşkarlanması ilə bağlı hələ xeyli əvvəldən məlumat vermişdik. DİA.AZ-ın bilgili qaynaqlardan əldə etdiyi informasiyalardan aydın olur ki, bu rayonların sırasında Şəkinin də adı var.

Verilən xəbərə görə, artıq Şəkiyə ayrılan büdcə pullarının xərcxlənməsinin hesabatında aşkarlanan nöqsanlarla əlaqədar yerli icra strukturları da məlumatlandırılıb. Bu barədə mənbənin söylədikləri: «Aydın olub ki, Şəkiyə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı hesabatlarda təxminən 1 milyon manata yaxın məbləğlə əlaqədar şübhələr mövcuddur».

Məlumatı verən mənbə iddia edir ki, Şəkinin icra başçısı Elxan Usubova olan etimad aşkarlanan korrupsiya faktının ictimailəşdirilməsini əngəlləyib: «Nəticədə icra başçısına təkrar hesabat üçün fürsət tanınıb və xərclənən büdcə pulları ilə bağlı doğru-dürüst maliyyə sənədləri, izahat istənilib».

Xatırladaq ki, bu ilin avqust ayında Şəkiyə prezident tərəfindən əlavə olaraq daha 2,5 milyon manatlıq pul ayrılıb. Ki, həmin vəsait də konkret xərclənmə ünvanına malikdir. Belə ki, prezident Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunurdu ki, on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,5 milyon (iki milyon beş yüz min) manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılsın.

Məlumatlı mənbə bildirir ki, sözügedən xərcləmələrlə bağlı verilən 2 aylıq yekun hesabatda da ciddi şəkildə əyər-əskikliklər var: «Ola bilsin ki, yerli maliyyə idarəsində mütəxəssis böhranı var. Ən yaxşı halda məsələni bu şəkildə izah etmək olar. Çünki korrupsiya faktı elə İH-dən təqdim olunan hesabat sənədlərinin özündə əks olunub və etiraf olunur».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt