Əsas Səhifə > Sosial, Manşet > ELDAR HƏSƏNOVLA BAĞLI DAHA BİR ŞOK MƏLUMAT

ELDAR HƏSƏNOVLA BAĞLI DAHA BİR ŞOK MƏLUMAT


26-11-2013, 10:51
ELDAR HƏSƏNOVLA BAĞLI DAHA BİR ŞOK MƏLUMAT
ABBAS ABBASOV TÜRKİYƏDƏ CƏMİL HƏSƏNLİDƏN ƏVVƏL ONUNLA GÖRÜŞÜB

DİA.AZ: - Dünən Rusiyada yaşayan soydaşlarımızın Azərbaycan baş nazirinin keçmiş müavini, «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının prezidenti, «Azerros»un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovdan giley-güzarını diqqətinizə təqdim etmişdik. Bu gün isə DİA.AZ-a Abbas Abbasovla bağlı maraqlı bir məlumat daxil olub.

Xatırladaq ki, bir neçə gün əvvəl Abbas Abbasovun Türkiyədə Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə məxfi görüşü barədə ilginc faktlar mətbuatda xəbər kimi böyük rezonans yaratmışdı. DİA.AZ-a bu məsələni xatırladan mötəbər mənbə Abbaa Abbasovla bağlı yeni iddialarla çıxış edib.

Mənbənin söylədikləri: «Doğrudur, Abbas Abbasovun Bakıda deputat olan oğlu Aydın Abbaso belə bir görüşün olmadığını bildirdi. Amma xatırlayırsınızsa, buna qədər Abbas Abbasovun ümumiyyətlə, Türkiyəyə getmədiyi iddia olunurdu. Amma Aydın Abbasov atasının Türkiyəyə getdiyini təsdiqləsə də, görüşün olmadığını bildirməklə yetindi. Amma reallıq tamam başqadır».

Mənbəmiz iddia edir ki, Abbas Abbasov təkcə Türkiyədə Cəmil Həsənli ilə görüşməyib: «Buna qədərsə Rumıniyadakı keçmiş səfirimiz, hazırda Azərbaycanı bir neçə baltik ölkəsində elçi kimi təmsil edən keçmiş baş prokuror Eldar Həsənovla Abbas Abbasovun məxfi görüşü olub. Ona görə məxfi ki, bu görüş barədə də tərəflərin heç biri ictimaiyyəti məlumatlandırmayıb».

Mənbəmiz iddia edir ki, Abbas Abbasov Eldar Həsənovla da Türkiyədə görüşüb: «Xatırlayırsınızsa, mətbuatda Eldar Həsənovun Azrbaycana gələcəyi haqda xəbərlər yayılmışdı. Amma keçmiş baş prokuror Bakıya gəlmədi. Həmin müddətdə o, Türkiyədə olub və Abbas Abbasovla görüşüb».

Görüş zamanı Abbas Abbasovun Eldar Həsənovla nəyi müzakirə etdikləri barədə dolğun bilgi verməyən mənbə yalnız bunları söyləyib: «Hər halda, bu görüşdən sonra Cəmil Həsənli ilə görüşən Abbas Abbasovun Eldar Həsənovla köhnə xatirələrini bölüşəcəyi inandırıcı görünmür».

Geri qayıt