Əsas Səhifə > Hadisə > MEYİTİ TAPILAN GƏNCİN SEVGİLİSİNƏ SON MESAJI
MEYİTİ TAPILAN GƏNCİN SEVGİLİSİNƏ SON MESAJI26-11-2013, 10:39 |
Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun meyiti tapılıb. Musavat.com xəbər verir ki, bu barədə Facebook-da onun dostları yazıblar. Dostları Asim Məmmədovun anasına istinadən bildiriblər ki, onun meyiti dənizdən tapılıb. Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, “Facebook” şəbəkəsində belə bir status da yazıb: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”. Asim Məmmədovun yaxınları onun itkin düşməsi ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər. milli.Az-ın məlumatına görə, o, ötən şənbə günü saat 23 radələrində internet kluba getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb. Sonradan isə A.Məmmədov son sözlərini misralara töküb dostuna mesaj çəkmişdi: “Aşuradan mənə nə? Qiyamət qopdu mənimçün. Minillik kimi keçməkdə hər saatım, hər günüm. "Ümidim yox" dedikdə Varlığım geyindi qara Çox asan görünür mənə Həm Qiyamət, həm Aşura. Deyil heç vecimə: Hücum edin şair-kafirə! Ölüyə nə qorxu hücumdan? Yalnız zərər yetişə kəfənə. Bu şeir vəsiyyətimdir səndən başqa məni demək olar ki, heç kim başa düşmür. Bu həyat mənə xoşbəxt olmaq HAQQIMI tanımırsa, bir saniyə belə bu həyatda qalmaq istəmirəm! Gecən xeyrə qalsın, Qaqa. And içirəm ki, heç nə etməyəcəm. Mən ümid edirdim ki, heç olmasa sən mənim qərarımı anlayışla qarşılayacaqsan. Nə isə, boş ver. Sabah görərsən bütün qəzetlər, saytlar vay-şüvən salacaqlar ki "e bu nə dindar idi ki, intihar etdi?!" Amma vecimə də deyil”. Asim Məmmədov sevdiyi qıza da məktub yazmışdı: "Tamam. Senden başka cavap beklemiyordum zaten. Bütün bunları sadece olarak seni korkutmak için söyledigimi saniyorsunsa, bu gün akşam ve ya yarin Azeri basinina bak. Azerbaycan'da ünlü birisi sayilmaktayim, bana bişey olursa televiziyonu bilmem, ama gazeteler mutlaka yazacaklar. Kendine iyi bak. Elveda”. Geri qayıt |