Əsas Səhifə > Siyasət, Manşet > SƏLİM MÜSLÜMOVUN ADAMLARINDAN YENİ MAXİNASİYALAR
SƏLİM MÜSLÜMOVUN ADAMLARINDAN YENİ MAXİNASİYALAR26-11-2013, 09:26 |
ŞƏMKİRDƏ SOSİAL YARDIMI RÜŞVƏTLƏ VERİRLƏR: ŞİKAYƏT EDƏNLƏR VAR DİA.AZ: - Redaksiyamıza Şəmkir raonundan şikayət məktubu daxil olub. DİA.AZ-a müraciət edən bir qrup Şəmkir sakininin narazılığı yerli əmək və əhalinin sosial müdafiəsi nazirliyi şöbəsindəndir. Sakinlər bildirir ki, Səlim Müslümovun gəlişindən sonra ƏƏSMN-nin Şəmkir şöbəsinin rəhbərliyi sosial yardım almaq istəyən vətəndaşların gələn il üçün siyahısının tutulması üçün hərəkətə keçib: «Onlar kənbəkənd gəzərək hətta imkanı olanlara da sosial yardım təklif edirlər və bunun müqabilində 1000-2000 manat pul tələb edirlər. Halbuki əvvəllər tələb olunan rüşvətin miqdarı da az idi. Bu isə onu göstərir ki, Səlim Müslümov ƏƏSMN-ə rəhbər gələndən sonra rüşvətin də qiyməti qalxıb». Sakinlər bildirir ki, əgər rüşvət verilirsə, o zaman vətəndaşın xəbəri olmadan sənədlər müvafiq qaydada komissiyadan keçirilir: «Yəni bir növ özləri üçün «ASAN» xidməti yaradıblar. Hər işi özləri görürlər, əvəzində pul alırlar. Daha sosial yardım ayrılan vətəndaşın maddi durumu təftiş olunmur». Vətəndaşlar iddia edir ki, bu işdə «KapitalBank»ın yerli şöbəsinin rəhbərliyi də maraqlı tərəf kimi çıxış edir: «Elə buna görə də şikayətlərimiz qulaqardına vurulur. Bütün dövlət qurumları susdurulduğundan hara şikayət edəcəyimizi bilmirik. Çünki əgər bir vətəndaşın 1000-2000 manatı varsa, o nədən sosial yardım almalıdır ki? Pulu olanlar sosial yardım alır, həqiqətən ehtiyacı olanlar isə rüşvət verə bilmədiklərindən dövlətin bu qayğısından məhrum vəziyyətə salınır». Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |