Əsas Səhifə > Ölkə > DİN GƏNCLƏRİ XULİQANLIQDA İTTİHAM EDİR

DİN GƏNCLƏRİ XULİQANLIQDA İTTİHAM EDİR


1-02-2012, 12:39
DİN GƏNCLƏRİ XULİQANLIQDA İTTİHAM EDİR

ONLAR İRAN SƏFİRLİYİN QARŞISINDA HƏBS OLUNUBLAR

Daxili İşlər Nazirliyi Müsavat Partiyasının üzvü olan 2 gəncin polis tərəfindən saxlanılmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Bakı şəhər sakinləri Tural Hacıbəyli və Amid Süleymanov ötən gecə İranının Azərbaycandakı səfirliyinin binası qarşısında xırda xuliqanlıq hərəkətləri edərək yol kənarında quraşdırılmış plafonları sındırdıqları üçün polis tərəfindən saxlanılıblar. Onların barəsində inzibati tədbir görülməsi üçün materiallar Səbail Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, saxlanılan şəxslərin hər iki Müsavat Partiyası Gənclər Təşkilatının üzvüdür.


Geri qayıt