Əsas Səhifə > Siyasət, Manşet > ABBAS ABBASOV AZƏRBAYCANLILARI NİYƏ SAYA SALMIR?

ABBAS ABBASOV AZƏRBAYCANLILARI NİYƏ SAYA SALMIR?


25-11-2013, 11:37
ABBAS ABBASOV AZƏRBAYCANLILARI NİYƏ SAYA SALMIR?
KREML SOYDAŞLARIMIZA QARŞI YENİ TƏXRİBAT TƏDARÜKÜNDƏ: HAMI SUSUR

DİA.AZ: - Son günlər Azərbaycana qarşı dəhşət dolu ssenariləri icra etməkdən belə çəkinməyən Kreml daha bir təxribat tədarükündədir. Bu barədə DİA.AZ-a Rusiyadakı soydaşlarımız məlumat verib. Xəbəri verən qaynaq iddia edir ki, Rusiyada yaşayan azərbaycanlıların iş yerlərini bağlamaqla, onlara qarşı müxtəlif təxribatları təşkil etməklə, nəhayətdə onları Rusiyadan deportasiya etməklə yetinməyən rəsmi Moskva indi də Rusiya vətəndaşı olan soydaşlarımıza qarşı təxribatlara start verib.

Məlumatı verən mənbənin söylədikləri: «Məlumdur ki, bu vaxta qədər miqrantlara qarşı addımlar atılırdı. İndi isə rusiya vətəndaşı olan azərbaycanlılara qarşı da planlar işə salınıb. Belə ki, hazırda təkcə Moskvada 240 minə yaxın azərbaycanlının vətəndaşlığı var və onlar Rusiya paytaxtının ayrı-ayrı yerlərində qeydiyyatdadırlar. Keçən həftənin cümə günündən etibarən 1990-cı ildən bu yana Rusiya vətəndaşlığı alan Moskvada məskunlaşmış azərbaycanlıların hər biri müvafiq olaraq polis idarələrinə çağrılıb və bu çağırışlar davam etməkdədir».

Məlumatı verən soydaşımız bildirir ki, burada məqsəd azərbaycanlıların Rusiya vətəndaşlığını şübhəyə almaqdan ibarətdir: «Yəni elə bir rəy yaradılır ki, azərbaycanlılar Rusiya vətəndaşlığını saxta yolla əldə ediblər və pula alıblar. Buna görə də artıq bir neçə rayonda cinayət işi də açılıb. Amma anlamırlar ki, bununla həm də öz ruslarına qarşı addım atmış olacaqlar. Əgər həqiqətən də hansısa azərbaycanlı vətəndaşlığı pula alıbsa, o zaman ona bu vətəndaşlığı pula satan rus da var».

Mənbəmiz bildirir ki, əslində bütün bunların Azərbaycan dövlətinə qarşı addım olduğunu Rusiyada yaşayan hər bir soydaşımız bilir: «Bizə burada açıq şəkildə bildirirlər ki, Azərbaycan gömrük ittifaqına qoşulmayana qədər, azərbaycanlılara Rusiyada nəfəs aldırmayacaqlar. Biz də Abbas Abbasova iki dəfə müraciət etmişik. Söyün Sadıxova da söz yollayaraq, görüş istəmişik. Amma onlar rusların yanında dayanıblar. Abbas Abbasov isə konkret olaraq bizimlə görüşdən imtina edib».

Geri qayıt