Əsas Səhifə > Gündəm, Manşet > MOLLALAR AZƏRBAYCANI ODİSSEYƏ BƏNZƏTDİ

MOLLALAR AZƏRBAYCANI ODİSSEYƏ BƏNZƏTDİ


1-02-2012, 11:11
MOLLALAR AZƏRBAYCANI ODİSSEYƏ BƏNZƏTDİ

«ARAN XALQI GÜNÜN BİRİNDƏ ODİSSEY KİMİ ÖZ YURDUNA (İRANA) DÖNƏCƏK»

DİA.AZ: - Azərbaycana qarşı bir çox istiqamətlərlə yanaşı, həm də ideoloji müstəvidə müharibə aparan fars-molla rejiminin təbliğat maşını ortaya absurd bir ideya ataraq Azərbaycan türklərinin «aran xalqı» olduğunu və bu xalqın fars kökənli olmasını bəyan etməkdədir. Artıq sözügedən yöndə yetərincə antiAzərbaycan ruhlu materiallara rast gəlmişik.

Yenə də eyni təbliğat maşınının vasitəsilə Azərbaycan türkünü və Azərbaycanın dövlət rəsmilərini hədəfə alaraq ünvanımıza aşağılayıcı ifadələri səsləndirməklə yanaşı, həm də Azərbaycana qarşı ərazi iddiası irəli də sürüblər. «arannyus» portalının yayınladığı materialda İranın milli və etnik məsələlər üzrə eksperti kimi qələmə verilən Həbibullah Fəzlinin dilindən bildirilir ki, guya «aran xalqı» adlandırdığı biz Azərbaycan türkləri yunan mifik qəhrəmanı Odissey kimi öz «yurdumuzdan» (yəni «evimiz» olan İrandan) ayrı düşmüşük və günlərin birində «ana yurdumuza» geri dönəcəyik.

Qeyd edək ki, iranlı «ekspert» bütünlükdə olaraq Azərbaycana qarşı ərazi idası irəli sürməklə yanaşı, həmçinin Azərbaycan türkünün fars işğalı altında olan Təbriz şəhərini paytaxt görməsi ideallarını və digər bu kimi amallarını da ələ salmaqdadır.

Bu sərsəm fikirləri ilə yanaşı Fəzli eyni zamanda Azərbaycanın dövlət başçısı İlham Əliyevin də ünvanı sərt ifadələr işlədib ki, həmin məqaləni olduğu kimi diqqətinizə çatdırırıq:
«Milli və etnik məsələlər üzrə ekspert Həbibullah Fəzli İrana müxalif qüvvələrin Bakıda hüzuru və Bakı dövlətinin İran nüvə alimlərinin terror edilməsi üçün terrorçu dəstələrə qucaq açması xəbərlərinə işarə edərək dedi: "Bakı dövləti iranlını özü bəyənib, təsvir etdiyi xüsusiyyətlərlə tanıtdırır və həqiqətdə bu həqiqi iranlının yox, bəlkə bir düşmənin xüsusiyyətlərini bütünlüklə öhdəsinə almış təsvirdir. İlham Əliyevin dünya azərbaycanlıları rəhbərliyində təkrarlı iddiaları, Təbrizin paytaxtlığı, İranın siyasi nümayəndələri ilə xoşagəlməz rəftarı, İran əleyhinə televiziya kanallarının fəaliyyəti, Mossadın İran əleyhinə casusluq mərkəzlərinin, son vaxtlar isə PJAK-ın bu ölkə torpaqlarında yerləşməsi bunun nümunələrindəndir. İranın nüvə alimi mərhum Şəhriyarinin qatili Azərbaycan Respublikasında terror təlimi görməsini dəfələrlə iqrar etdi".

Fazili daha sonra artırdı: "Qarabağ barədə mənim gəldiyim nəticə budur ki, Bakı dövləti Qarabağı qaytarmağa o qədər də meyilli deyil. Çünki Qarabağ probleminin əsas öncəliyi Bakı dövlətinin bacarıqsızlığını və böhranlarını örtən geniş libas olmasındadır. Əgər bu problem həll olsa, növbə daxili böhranların həllinə çatacaq və hazırkı dövlətin də bunu həll etməyə kifayət qədər bacarığı yoxdur və ya ola bilsin ki, qalmağa fürsət tapmadı. Əslində Qarabağ Aran xalqı üçün həqiqi önəmdir, amma Bakı üçün üzdə. Bu nöqtəni də artırım ki, əliyevlərin və ya Bakı dövlətinin İran əleyhinə hücum mövqeini qüdrət mövqeindən çox zəiflik və ya qaçış mövqe hesab etmək lazımdır. Çünki onlar bilirlər ki, ölkə xalqı kimliyini tanımaqda keçid halandadır və çox keçməz ki, öz həqiqi kimliyini, yəni İslam mədəniyyəti qucağına qayıdacaq".

Ekspert sonda dedi: "Odissiya, Homerin dastanının qəhrəmanı və İtikanın sərkərdələrindəndir. O, öz şəhərindən çıxır və doğma yurda qayıtması çox çəkir. Bəziləri onun öldüyünü, bəziləri də dönük çıxması barədə danışır. Odissiya, bu müddət ərzində çoxlu ruhi dəyişiklər və macəralarla üzləşir. Həqiqətdə, ötən bu illər Odissiyanın sərgərdan və yurdsuz qaldığı bir illərdir. Amma nəhayət, o sərgərdanlığa qalib gəlir və öz el-obasına qayıdır. Maddi və mənəvi qarətgərləri ölkəsindən qovur. Belə nəzərə çarpır ki, bu təmsil Aran xalqının Rusiyaya məğlubiyyətdən və ondan sonra baş verən hadisələr nəticəsində başlarına gələnləri çox gözəl bəyan edir. Onlar bir Odissiya kimi öz həqiqi kimliklərinin ardıncadırlar, lakin onlar hələ də buna nail ola bilməyiblər. Yaxud hələ də öz ana vətənlərinə qovuşmayıblar, ya da bəziləri onların qayıtmasına mane olub"».


Geri qayıt