Əsas Səhifə > Güney Press / Manşet > FİZULİ ƏLƏKBƏROVUN KADRINDAN SƏLİM MÜSLÜMOVA ŞİKAYƏT
FİZULİ ƏLƏKBƏROVUN KADRINDAN SƏLİM MÜSLÜMOVA ŞİKAYƏT23-11-2013, 10:25 |
|
DİA.AZ: - Tərtər rayon Cəmilli kənd sakini 1-ci qrup əlil Mustafayev İlham Abbas oğlu Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevə və əmək və əhalinin sosial müsafiəsi naziri Səlim Müslümova şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan məktubda deyilir: “Mən Tərtər rayon Cəmilli kənd sakini 1-ci qrup əlil Mustafayev İlham Abbas oğlu bildirmək istəyirəm ki, Tərtər rayonunda bəzi məmurlar tərəfindən əlillərə və kasıb ailələrə verilən yardım mənimsənilir. Əvvələr Əmək və əhalinin sosial müdafiəsu nazirliyinin Tərtər şöbəsinin rəis müavini işləyən Bəylərov Zaur tərəfindən hüquqlarımız pozulub və verilən pensiya və yardımlar onun tərəfindən mənimsənilib. Onun fırıldağı nəticəsində bu vaxta qədər aylıq pensiyamın 50 faizini almışıq. Hal hazırda mənim Zaur Bəylərovda alınmamış 1700 manat pensiyam qalır. Və onun geri qaytarılmasını tələb edirəm. Əvvələr bu haqda şikayət etsək də, etdiyim müraciətlərə baxılmayıb. Çünki Zaur Bəylərovun qardaşı Vidadi Bəylərov Tərtər rayon İcra hakimiyyətinin 1 ci mavini işləyirdi və qardaşını himayə edirdi. Lakin artıq Vidadi Bəylərov vəzifəsindən alınıb. Belə ki, o, rayonda rüşvətxorluq ittihamının hədəfinə çevrilib. Eyni zamanda onun vəzifəsindən əhali ilə kobud rəftar etməsi səbəbindən alındığı bildirilir. Xatırladım ki, bu adam mətbuatda həm də oğlunun avtoşluq edərək, adam öldürməsi ilə də tanınmışdı. Bundan sonra haqlı olaraq Vidadi Bəylərovu vəzifəsindən aldılar. Hal hazırda fırıldaqçı Zaur Bəylərov Bərdə rayon İcra hakimiyyətində köməkçi vəzifəsində işləyir və Tərtərdə yığdığı “təcrübəni” Bərdədə ustalıqla həyata keçirir. Başçının qəbuluna gələnlər Zaura 100 manat verməsə, qəbula düşə bilməz. Bunun nəticəsi olaraq Zaur az müddətdə özünə dəbdəbəli ev, 3 ədəd xarici maşın, eləcə də maldarlıq ferması tikdirmişdir. Deyilənə görə Zaur rayonun sahibkarlarından, idarələrdən kənd icra nümayəndələrindən aylıq hesab alır. Hesab verməyənləri hədələyərək şantaj edir. Zaurun qaynatası, qaynanası da Bərdədə icra hakimiyyətində işləyirlər. Lakin onların adı rayonun bir neçə idarələrində gedir və yüksək əməkhaqqı alırlar. Yəni belə bir təminatlı adam məndən fırıldaq yolu ilə 1700 manat pulu mənimsəyib ki, günü bu gün də haqqımı bərpa edə bilmirəm”. Daha sonra narazı vətəndaş rəhbər şəxslərdən onun haqqının bərpa olunmasını da tələb edir. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |