Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: JURNALİST XANIMA ƏXLAQSIZ TƏKLİF OLUNDU

ŞOK: JURNALİST XANIMA ƏXLAQSIZ TƏKLİF OLUNDU


22-11-2013, 17:20
ŞOK: JURNALİST XANIMA ƏXLAQSIZ TƏKLİF OLUNDU
DİA.AZ: - Son günlər adı qalmaqallarda hallanan aşıq Namiq barəsində növbəti iddia irəli sürülüb.

DİA.AZ xəbər verir ki, bu dəfə Azadqadın.az saytının təsisçisi və rəhbəri Aynur Qurbanqızı aşıq Namiqin ona əxlaqsız təklif etdiyini sosial şəbəkədə yazıb: “Əsəbimdən ölürəm. Bu Namiq indi də məni şantaj edir, ya görüşək, ya səni biabır edəcəm, saytını bağlatdıracam, filan... Bu adam deyəsən qarşısındakının kim olduğunu bilmir. Puluna güvənir, səni belə saxlayacam, deyir. Pulun başına dəysin, sənin kimi mənliksiz kişilər mənim yanımdan heç yel ötüb keçə bilməz. Azərbaycan kişisi adına ləkədi bu adam! Məni şantaj edənə bax, arxasında hansı məmur durur bilmirəm, mənim də başımın üstündə Allah var. Qadınam, ele bilir sakit geri çəkiləcəm, amma bu cür kişilərin cavabını kimsə verməlidir. Belələrinə görə qadınların adı ləkələnir“.

Daha sonra jurnalist xanım yazır: “Bu adam durmadan iftira atır. Yazıb ki, gecə evinə aparmışam. Mən başa düşmürəm bunda psixoliji çatışmazlıq var-nədir, bu adam anlamır ki, sözü demək yox, onun arxasında durmaq lazımdır. Yəni, bu boyda yalanlar danışmaqla nə etmək istəyir? Fakt orda, şahidlər var. Aşıq Çığatel xanım, AZTV-nin əməkdaşı, aktrisa Naiba Allahverdiyeva və s...

ŞOK: JURNALİST XANIMA ƏXLAQSIZ TƏKLİF OLUNDU

Qadınların əxlaqına toxunmaqla özünü reklam edən, gündəmə gətirən bu Namiq başa düşmür ki, hər şeyin bir sübutu var. O, Çığatel xanım və aktrisa Naiba Allahverdiyeva ilə toy məclisinə gedib, məni necə evə apara bilər ki? Yəni bu yalanların, iftiraların arxasında hər sözünün başında yekə-yekə qurur duyduğu məmurlarlamı duracaq? Onun arxasında vəzifəli şəxslər durubsa, mənim də arxamda insanlar var, Allah var və bir də məhkəmə orqanları”...


Geri qayıt