Əsas Səhifə > Güney Press / Manşet > HƏSƏN HƏSƏNOV SABİRABADLILARI NARAZI SALIB
HƏSƏN HƏSƏNOV SABİRABADLILARI NARAZI SALIB22-11-2013, 16:59 |
![]() DİA.AZ: - Redaksiyamıza daha bir şikayət məktubu ünvanlanıb. Bu dəfə narazı vətəndaşlar yerli icra strukturlarının laqeydliyindən narazılıq edirlər. DİA.AZ-a daxil olan vətəndaş müraciətində deyilir: “Sizi Sabirabad şəhərindən narahat edirik. Sabirabadın mərkəzi küçələrindən olan Qurban Namazaliyev küçəsinin Heydər Əliyev prospektilə birləşdiyi yerdə və şəhərin saysız-hesabsız başqa yerlərində biabırçı mənzərə var, rəsmən zibilliklər içində üzürük”. Sakinlər bildirir ki, yerli icra strukturlarına artıq xəstəlik mənbəyinə çevrilən zibilliklərlə bağlı dəfələrlə müraciət etsələr də onları eşidən olmayıb. Odur ki, bu məsələni ictimailəşdirmək qərarına gəliblər: “Dərdimizi dəfələrlə icra hakimiyyətində Sabirabad rayon icra hakimiyyəti başçısının müavini Həsən Həsənova da demişik. Gülə-gülə cavab verib: “İşimiz başımızdan aşır, zibil yığan deyilik ki”... İndi deyin dərd-sərimizi kimə deyək. Yol göstərin”. DİA.AZ olaraq sakinlərin yolladıqları fotoları diqqətinizə təqdim edirik: Geri qayıt |