Əsas Səhifə > Güney Press / Manşet > “AZƏRİQAZ” ŞƏKİDƏ SAKİNLƏRİ SOYUQLA İMTAHANA ÇƏKİR

“AZƏRİQAZ” ŞƏKİDƏ SAKİNLƏRİ SOYUQLA İMTAHANA ÇƏKİR


22-11-2013, 16:36
“AZƏRİQAZ” ŞƏKİDƏ SAKİNLƏRİ SOYUQLA İMTAHANA ÇƏKİR
DİA.AZ: - Şəki şəhəri, F.Sadıqov-8 unvanında yaşayan 80 yaşlı Xəlilov Nurəddin Davud oğlu prezidentə şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan məktubda deyilir:

“Həmişə olduğu kimi, yenə də Şəkidə məmur özbaşnalıqları davam edir. Şəki Qaz İdarəsi son iki ayda hər üç gündən bir şəhərin qazını kəsərək təmir adı altında bu milləti soyuqda qırır. Təmir bəhanəsi tamamilə yalandır, öz fırıldaq əməllərini ört-basdır etmək məqsədilə istədikləri vaxt qazı kəsirlər, açanda da 2-saat hava buraxmaqla bizim sayğaclarımızdan axan boş havaya götə pulumuzu alırlar. Dərdimizi deyəsi rəhbər olmadığına görə sizə müraciət etmək qərarına gəlmişəm.

Mənim 80 yaşım var. Ömrüm boyu yalan danışmamışam, heç kimlə qərəzçiliyim də yoxdur. Artıq bəsdir, bu millətin əsəbi ilə oynadıqları. “Azəriqaz” rəhbərliyi, onun Şəkidəki qoçuları bilməlidir ki, qaz xətlərinin təmiri yayda olmadır. Bunu bilmirlərsə, buna görə, biz sıradan vıtındaşları soyuqdan qırmalı deyillər. Ancaq, bunlar biz milləti nəzərə almırlar, qışın soyuğunda mütəmadi olaraq qazı kəsirlər. Meşəni qırmağa qoymurlar, yeganə enerji qaynağı ancaq elektrikdir.

Mənim ailəm isə ünvanlı yardım hesabına yaşadığı halda bahalı enerjinin haqqını ödəyə bilmirəm. Bu ancaq, biz millətin hüquqlarını taptalayan məmurlara sərf edir”.


Daha sonra Şəki sakini yerli idarə müdirlərinin cəzalandırılması və özbaşnılarlırına son qoyulması üçün prezidentdən kömək istəyir.

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt