Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR ALİ TƏDRİS OCAĞI BAĞLANMA YOLUNDA
DAHA BİR ALİ TƏDRİS OCAĞI BAĞLANMA YOLUNDA22-11-2013, 12:10 |
DİA.AZ: - Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə, “Odlar Yurdu” Universitetinin rektoru, deputat Əhməd Vəliyevin başı üzərini qara buludlar alıb. Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, OYU-nun bağlanması ilə bağlı təhsil nazirliyində müzakirələr aparılıb. Səbəbsə bu ali təhsil ocağının rəhbəri ilə hakimiyyətin müəyyən dairələrinin ciddi problemlər yaşadığı göstərilir. Amma fakt ondan ibarətdir ki, bu gün keçmiş rektoru Fransada oturub rəsmi Bakını təhdid edən ABU kimi, OYU-da da tələbələrə təhsildən başqa hər şey verilir. Bildirək ki, Əhməd Vəliyevin daxil olduğu çevrənin böyüklüyü bir o qədər nəzərə çarpmasa da, onun universitetdən başqa bir neçə iri biznes şəbəkəsi ilə əlaqəsi var. Bunlar da "Muğanbank" və "Jalə Biznes" MMC-dir ki, bu biznes obyektlərinin rəhbərlərinin Vəliyevin yaxın qohumlarının olduğu söylənilir. Əhməd Vəliyev istirahətə də "Muğanbank"ın rəhbəri ilə birgə gedir. "Odlar Yurdu" Universitetində qanunsuzluqluq və özbaşınalıq kulminasiya nöqtəsinə çatıb. Ali təhsil ocağında rüşvətin adət halına çevrildiyini deyəsən, korrupsiya ilə mübarizə apardığını bəyan edən rəsmilərimiz də qəbul etməyə başlayıblar. Lakin hansısa qüvvələr ali məktəbin rektoru Əhməd Vəliyevlə "dostluq müqaviləsi"ni pozmaq istəmir, onun universiteti barədə deyilənləri ört-basdır etməklə məşğuldurlar. Belə olmasaydı, heç kəsə universitet rəhbərliyinin daha çox gözdən pərdə asmaq məqsədi ilə keçirdiyi "islahatlarına" və şişirdilmiş "inkişaf" rəqəmlərinə göz yummazdı. Onun rüşvət üzrə yarışlarda "birinci" yeri tutması isə dəfələrlə ölkə mətbuatında işıqlandırılıb. Hazırda isə qış imtahanları ərəfəsi olduğundan ali məktəbdə rüşvətin tüğyan etdiyi bildirilir. Etibarlı mənbənin verdiyi məlumata görə, "Odlar Yurdu" Universitetində vəziyyət olduqca acınacaqlı bir durumdadır. Məlumatı verən mənbə hesab edir ki, Əhməd Vəliyevin rəhbərlik etdiyi bu ali tədris ocağı əslində, rüşvətin ilk dəfə mərkəzləşdiyi ünvan kimi qəbul olunmalıdır. Çünki ali məktəb özəl olduğu üçün burada qaydaları da rəhbərlik müəyyən edir. Rüşvət isə əsl "qaydaya" çevrilib. Əslində ali məktəblərdə rüşvət yeni problem deyil. Lakin "Odlar Yurdu" Universitetindəki durum tamam başqa məcrada cərəyan edir. Mənbə bildirir ki, tələbələr sözügedən məbləği ödədikdən sonra onlara hətta qəbz də verilir və bu qəbz də dekanatlığa təqdim olunur. Bununla da Əhməd Vəliyev özünün gəlirini standartlaşdırmış olur. Sözügedən mənbə onu da qeyd edir ki, "Odlar Yurdu" Universitetinin digər bir özəlliyi də onun rektorun ailəsinə xidmət etməsidir: "Əhməd Vəliyev bəlkə də yeganə rektordur ki, övladlarını da universitetin rəhbərliyinə gətirib, iki oğlunu özünə prorektor təyin edib". Təbii ki, belə bir situasiya onu nəhayətdə hədəfə çevirməli idi. Çünki onun kimi Elşad Abdullayev də eyni qaydada “ailə podratı” qurmuşdu. Sadəcə olaraq sonradan Elşad Abdullayevin qardaşı böyük pullarla müəmmalı şəkildə ortadan yox oldu. Hər halda bütün bunlar mətbuatda iddia olunub. Bununla da Elşad Abdullayevin ciddi siyasi dairələrlə problemləri yarandı. Doğrudur, Əhməd Vəliyev eyni qaydada problem yaşamasa da, onun da “kitabının bağlandığı” deyilir. İlk addım isə atılıb. Nazirlikdə müzakirə aparılıb və OYU-ya tələbə qəbulunun dayandırılması qərarı verilib. Bu isə qapanışın ilk qaranquşu anlamına gəlir… Geri qayıt |